Kontakt Home vakansiya: Onlayn hissəvi ödəniş sənədləşməsi üzrə operator (Sumqayıt).
Onlayn hissəvi ödəniş sənədləşməsi üzrə operator vakansiyası ilə bağlı ətraflı məlumatlar. Bakı şəhərində, Kontakt Home şirkətində tam ştat iş imkanı.
Təsvir:
- Onlayn hissəvi ödəniş müqavilələrinin çap edilməsi.
- Gün ərzində mail ünvanına yazılan maillərin oxunulması və tapşırıqların icra edilməsi.
- Geri qaytarılma əməliyyatlarının icra edilməsi.
- Hissəvi ödəniş müqavilələrinin müvafiq departamentə təhvil verilməsinə nəzarət edilməsi.
Tələblər:
- Ali təhsil.
- İş təcrübəsi arzuolunandır.
- Azərbaycan dilini səlis bilməli (Rus dili biliyi arzu olunandır).
- Kompüter bilikləri (MS Office, Mikro ERP proqramı ilə işləmə bacarığı arzu olunandır).
- İşində dəqiq və məsuliyyətli olması.
- Əzmkar və çalışqan olması.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- İş rejimi: 6 gün iş, 1 gün istirahət (növbəli iş qrafiki).
- Əmək haqqı: 670 AZN.
Onlayn hissəvi ödəniş sənədləşməsi üzrə operator (Sumqayıt) vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?