Kontakt Home vakansiya: Onlayn hissəvi ödəniş sənədləşməsi üzrə operator (Sumqayıt).
Onlayn hissəvi ödəniş sənədləşməsi üzrə operator vakansiyası. Ali təhsilli, Azərbaycan dilini səlis bilən, dəqiq və məsuliyyətli namizədlər axtarılır. İş şəraiti, əmək haqqı və tələblər haqqında ətraflı məlumat üçün elanımıza baxın!
Şirkət: Kontakt Home
Şəhər: Bakı, Azərbaycan
İş Rejimi: Tam ştat
Müraciət tarix: 30 oktyabr 2024
Təsvir: Kontakt Home şirkəti onlayn hissəvi ödəniş sənədləşməsi üzrə operator axtarır. İşin mahiyyəti aşağıdakılardır:
- Onlayn hissəvi ödəniş müqavilələrinin çap edilməsi;
- Gün ərzində mail ünvanına yazılan maillərin oxunulması və tapşırıqların icra edilməsi;
- Geri qaytarılma əməliyyatlarının icra edilməsi;
- Hissəvi ödəniş müqavilələrinin müvafiq departamentə təhvil verilməsinə nəzarət edilməsi.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilini səlis bilməli (Rus dili biliyi arzu olunandır);
- Kompüter bilikləri (MS Office, Mikro ERP proqramı ilə işləmə bacarığı arzu olunandır);
- İşində dəqiq və məsuliyyətli olması;
- Əzmkar və çalışqan olması.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: 6 gün iş, 1 gün istirahət (növbəli iş qrafiki);
- Əmək haqqı: 670 AZN.
What's Your Reaction?