Kontakt Home vakansiya: SQL Developer axtarılır.
Kontakt Home SQL Developer vakansiyası. MS SQL Server ilə iş və mürəkkəb SQL sorğuların optimallaşdırılması üzrə peşəkar mütəxəssisləri komandamıza dəvət edirik.
Vəzifə Öhdəlikləri:
- MS SQL Server ilə iş;
- Proqramçıların hazırladığı SQL sorğuların analiz və tənzimlənməsi;
- Böyük mürəkkəb SQL sorğuların optimallaşdırılması;
- Verilənlər bazalarının monitorinqi və performans tənzimlənməsi;
- Mövcud məlumatların, cədvəllərin, sorğuların, prosedurların, hesabatların təhlili;
- Verilənlər bazası və cədvəllərin sənədləşdirilməsi;
- Verilənlər bazasının miqrasiyası;
- Müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə hesabatların hazırlanması;
- Yeni hesabatların yazılması və mövcud hesabatlara dəyişiklik edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- SQL (MSSQL, T-SQL) dilini yüksək səviyyədə bilmək;
- SQL serverin işləmə prinsipləri üzrə dərin biliklər;
- Məlumat bazası strukturu üzrə biliklər;
- Verilənlər bazası dizaynı və normallaşdırma prinsipləri sahəsində təcrübə;
- Digər RDBMS-lərlə (Oracle, MySQL, PostgreSQL və s.) işləmə bacarığı arzuolunandır;
- Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri arzuolunandır;
- ETL prosesləri və alətləri ilə iş təcrübəsi arzuolunandır.
SQL Developer vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?