Bonamed vakansiya: Marketinq Müdiri axtarılır.
Marketinq Müdiri vakansiyası ilə maraqlanan namizədlər üçün iş elanını təqdim edirik. Marketinq planlarının hazırlanması, satış artırma kampaniyaları, müştəri bazasının analizi, və daha çox vəzifə ilə bağlı tələbləri öyrənin və CV-lərinizi təqdim edin.
İşin Təsviri
Marketinq müdiri vakansiyası üçün axtarışdayıq. Marketinq planlarının hazırlanması və icrası ilə əlaqədar bir peşəkar axtarılır. Namizəd yeni və mövcud məhsullar üzərində marketinq strategiyalarını müəyyən etməli, satış artırmağı məqsəd qoyan yeni kampaniyalar hazırlamalı və icra etməlidir. Şirkət saytının idarə olunması və müştəri bazasının analizi də müvafiq vəzifələrə daxildir. Marketinq araşdırmaları nəticələrinin təhlili və təkliflərin hazırlanması, gündəlik işin operativ nəzarəti və satış şöbəsi ilə əməkdaşlıq.
Namizədə Tələblər
- Marketinq və sosial media sahəsində minimal 2 illik təcrübə.
- Adobe Photoshop, Adobe Premier, Adobe After Effect proqramlarını bilmək üstünlükdür.
- Videolarla işləmə bacarığı arzu olunandır.
- Digər müvafiq bilik və bacarıqlar üstünlük təşkil edir.
Şərtlər
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun işə alınma.
- İş rejimi: 09:00-dan 18:00-dək, həftənin 6 günü (Şənbə günü yarım iş günü).
- Bayram günləri qeyri-iş günü.
- Telefon danışıq xərcləri şirkət tərəfindən ödənilir.
- Bütün avadanlıqlar təmin edilir.
- Əmək haqqı: 1200 AZN + bonus (KPİ bonus).
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərməli və e-mailin mövzu hissəsində “Marketinq müdiri” qeyd etməlidirlər.
What's Your Reaction?