Ram Holding vakansiya: Daxili nəzarət və təftiş üzrə mütəxəssis.

Ram Holding daxili nəzarət və təftiş üzrə mütəxəssis axtarır. Ali təhsil, 3 il iş təcrübəsi, MS Excel və 1C ERP bilikləri tələb olunur.

Sep 6, 2024 - 12:10
Sep 6, 2024 - 12:13
 0
Ram Holding vakansiya: Daxili nəzarət və təftiş üzrə mütəxəssis.
Ram Holding vakansiya: Daxili nəzarət və təftiş üzrə mütəxəssis.

Namizədə Olan Tələblər:

  • Təhsil: Ali təhsil (İnzibati İdarəetmə, İqtisadiyyat, Maliyyə-kredit, Mühasibatlıq, Audit və s. ilə əlaqədar istiqamət üzrə);
  • İş Təcrübəsi: Daxili nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə ən azı 3 il iş təcrübəsi;
  • Biliklər: MS Excel bilikləri – yüksək səviyyədə; 1C ERP ilə işləmək təcrübəsi arzuolunandır;
  • Dil Bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dili arzuolanındır;
  • Analitik Bacarıqlar: Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
  • Digər: Ezamiyyətlərə getməyə hazır olmalı; Sürücülük vəsiqəsi.

Vəzifə Öhdəlikləri:

  • Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək;
  • Proseslərdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud və yol verilmiş boşluq və pozuntuların aşkar edilməsi zamanı, həmçinin həmin hallar üzrə optimallaşdırıcı və düzəldici təklifləri birbaşa rəhbərə təqdim etmək;
  • Aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanmasını təmin etmək;
  • Əməliyyat və maliyyə risklərinin idarə edilməsi üçün risklərin operativ müəyyən edilməsi və qiymətləndirilməsini təmin etmək, cavab mexanizmlərinin hazırlanması, planlanması üzrə təkliflər verilməsini təmin etmək;
  • Aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntuların aradan qaldırılması üçün tələbnamələr hazırlanması və icrasına nəzarət ilə bağlı birbaşa rəhbərə hesabat təqdim etmək;
  • Şöbənin işinin təşkil olunmasında və işçilər arasında vəzifə və məsuliyyət bölügüsünün edilməsində birbaşa rəhbərin tapşırıqlarını icra etmək.

İş Şərtləri:

  • İş Qrafiki: Həftə içi 5 gün;
  • İş Saatları: 08:30-17:30;
  • İş Yeri: Binəqədi ray, Mədən küç 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
  • Servis Xidməti: Mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət və təftiş üzrə baş mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.Son müraciyət tarixi 2 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow