Alfa Audit LLC vakansiya: Aparıcı Mühasib axtarılır.

Alfa Audit LLC, Aparıcı Mühasib vakansiyası üçün müraciətləri qəbul edir.Əmək haqqı hesablama, maliyyə hesabatlarının hazırlanması və e-qaimələrin təqdim edilməsi kimi vəzifələrə sahib olacaq mütəxəssis axtarılır.

Sep 6, 2024 - 11:54
Sep 6, 2024 - 11:57
 0
Alfa Audit LLC vakansiya: Aparıcı Mühasib axtarılır.
Alfa Audit LLC vakansiya: Aparıcı Mühasib axtarılır.

Vakansiya adı: Aparıcı Mühasib
Son müraciət tarixi: 03 oktyabr 2024
Əlaqə: [email protected]

Vəzifələr:

  • Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq.
  • Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək.
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək.
  • Mühasibat (maliyyə) hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək.
  • Vergi orqanları ilə yazışmaları aparmaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin etmək.
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq.
  • Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq.
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək.
  • İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq.
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq- hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək.
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
  • Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək (ölkədaxili və ölkəxarici).
  • Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib etmək.
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq.
  • Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • 5 günlük iş rejimi.

Tələblər:

  • Azı 5 il özəl sahənin təcrübəsi olmalıdır.
  • Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir.
  • Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır.
  • 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.).
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır.
  • Excel proqramında yüksək səviyyədə işləmə bacarığı.
  • Analitik düşüncə, proqnoz etmə bacarıqları.
  • Problemləri təhlil və həll etmə bacarığı.
  • KOS və ya MHBS biliyi.

Maraqlanan namizədlər, xahiş edirik vakansiyanın adını yazıb, CV-lərinizi elektron ünvanımıza yollayasınız.

Son müraciət tarixi: 03 oktyabr 2024. CV-lərinizi [email protected] ünvanına göndərin.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow