Kontakt Home vakansiya: Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis.
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis vəzifəsi üçün müraciət edin. Kontakt Home-da müasir kommunikasiya strategiyalarını inkişaf etdirərək anlayışını tətbiq edərək peşəkar karyeranızı irəlilədin.
Vəzifələr:
- Şirkətin strategiyası, məqsəd və dəyərlərinə uyğun korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi.
- Daxili və xarici kommunikasiya kanalları üçün press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmununun redaktəsi və yazılması.
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi.
- Böhran kommunikasiyalarının effektiv idarə edilməsi.
- Daxili kommunikasiya strategiyasının yaradılması və tətbiqində iştirak.
- Şirkətin missiya və dəyərlərinin əməkdaşlara aşılanması məqsədilə mütəmadi layihələrin hazırlanması və icrası.
- PR layihələrinin büdcələndirilməsi və hesabatlılığın aparılması.
- Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun sosial layihələrin təşkili və idarə edilməsi.
- Mətbuat konfransları, brifinqlər, dəyirmi masalar, rəhbərliyin ictimaiyyətlə görüşləri və press-turların təşkil edilməsi.
- Ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasının təmin edilməsi.
- Podratçı şirkətlərlə əlaqələrin qurulması və idarə edilməsi.
- Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər
- İş saatı: 09:00-18:00
- Vakansiya əvəzləmə xarakterlidir (minimum 1 il).
Tələblər:
- Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə).
- Səlis azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür.
- Mükəmməl yazılı və şifahi kommunikasiya və təqdimat bacarıqları, detallara diqqət.
- Sahə üzrə minimum 5 il iş təcrübəsi.
- Korporativ brendinq, nüfuz idarəçiliyi və böhran kommunikasiyaları üzrə dərin biliklər.
- Korporativ Sosial Məsuliyyət layihələrinin idarə edilməsi üzrə təcrübə.
- Texnoloji yeniliklər və elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
- İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı.
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
Son müraciət tarixi: Oktyabr 30, 2024
Əmək haqqı: 1500 - AZN
https://jobs.glorri.az/vacancies/abc-telecom/abc-telecom-korporativ-kommunikasiya-layiheleri-uzre-mutexessis/apply müraciyət üçün link.
What's Your Reaction?