Paşa Bank vakansiya: Kart Layihələri və Məhsulların Tətbiqi şöbəsinin Kart Arxa Ofis Əməliyyatları qrupunda Baş Mütəxəssis.
PASHA Bank-da Kart Layihələri və Məhsulların Tətbiqi şöbəsinin Kart Arxa Ofis Əməliyyatları qrupunda Baş Mütəxəssis vakansiyası.
İşiniz nədən ibarətdir?
Kart Layihələri və Məhsulların Tətbiqi şöbəsinin Kart Arxa Ofis Əməliyyatları qrupunda Baş Mütəxəssis olaraq, sizə aşağıdakı vəzifələr veriləcək:
- Kart sistemləri və kənar proqram təminatı ilə bağlı dəstək göstərmək.
- Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi, mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək.
- Sınaq keçirənlərə testlərin idarə edilməsində dəstək olmaq.
- Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və məsul sahiblərinə köməklik göstərmək.
- Bank kartları üzrə Ödəmə sistemləri sahəsində təcrübə qazanmaq və ölkədaxili prosessinq mərkəzlərinin işləmə prinsipi üzrə məlumat əldə etmək.
- Beynəlxalq Ödəniş Sistemləri və üçüncü tərəflərlə layihələrin və işlərin aparılması.
- Bank Proqramlarına Dəstək İstiqaməti mütəxəssislərin bacarıqlarını təkmilləşdirmək və onlara daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsində kömək edərək sorğunun bağlanma müddətini azaltmaq.
Tələblər
- Təhsil: Maliyyə, İqtisadiyyat, İnformatika və ya Avtomatlaşdırma üzrə ali təhsil.
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Xarici dillər: İngilis dili (yaxşı), Rus dili (yaxşı).
- Kompüter bilikləri: Microsoft Office.
- Başqa tələblər: Komandada və çoxlu tapşırıqlarla işləyə bilmək; Yaxşı analitik bacarıqlar və təşəbbüskarlıq.
Kart Layihələri və Məhsulların Tətbiqi şöbəsinin Kart Arxa Ofis Əməliyyatları qrupunda Baş Mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 16 oktyabr 2024 il.
What's Your Reaction?