ELİT OPTIMAL vakansiya: Loqistika meneceri axtarılır.
ELİT OPTIMAL şirkəti Nərimanov rayonunda loqistika meneceri axtarır. Beynəlxalq logistika əməliyyatları, daşınma və gömrük sahələrində təcrübəsi olan namizədlər dəvət olunur.
Vəzifələr:
- Beynəlxalq logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili.
- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət.
- Ekspeditorlarla əlaqə, göndərən haqqında məlumatların ötürülməsi, yükləmə tarixinə uyğunluğun monitorinqi və nəqliyyat vasitələrinin yerləşməsi üçün sorğu yaradılması.
- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət.
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatların hazırlanması və prosesə nəzarət.
- Nəqliyyat və gömrük sənədləri ilə bağlı bütün zəruri icazələrin hazırlanması.
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlərin vaxtında təqdim edilməsi üçün müraciət edilməsi və gömrük sistemində bəyannamələrin hərəkətinə nəzarət.
- Malların daxil olma cədvəli və onların dəyəri barədə maliyyə menecerinə hesabat vermək.
- Yeni ekspeditorlarla müqavilələrin bağlanması və yeni tərəfdaşların axtarışı.
- Uyğunluq sertifikatlarının alınması üçün sənədlərin hazırlanması və göndərilməsi.
- Sığorta şirkətlərinin tələb etdiyi sənədlərin dövlət orqanlarından tələb edilməsi.
- Rəhbərliyin tələbi ilə həftəlik və aylıq hesabatların göndərilməsi.
Tələblər:
- Ali təhsil.
- Sahə üzrə minimum 5 il iş təcrübəsi.
- Azərbaycan, İngilis və Rus dillərini bilməsi.
- Daxili və xarici daşımalar üzrə biliklər.
- Gömrük bəyannaməsi haqqında minimum biliklər.
- İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər.
Müraciət üçün son tarix: Oktyabr 30, 2024
İş yeri: Nərimanov rayonu, Aşıq Mola Cümə küçəsi 46B
Vakansiya növü: Tam ştat
Kateqoriya: Logistika və nəqliyyat
What's Your Reaction?