MKT İstehsalat Kommersiya vakansiya: Elektrik axtarılır (Neftçala).

Neftçalada yerləşən MKT İK MMC şirkəti Elektrik vakansiyası elan edir. Enerji təchizatında təcrübəniz varsa və elektrik avadanlıqlarının istismarını bacarırsınızsa, müraciət edin. Tam ştat, yüksək tələblərə cavab verən və rəqabətli iş şərtləri sizi gözləyir.

Sep 17, 2024 - 10:43
Sep 17, 2024 - 10:47
 0
MKT İstehsalat Kommersiya vakansiya: Elektrik axtarılır (Neftçala).
MKT İstehsalat Kommersiya vakansiya: Elektrik axtarılır (Neftçala).

əsvir:

  • Filialın enerji təchizatının fasiləsiz təmin edilməsi məqsədilə enerji təsərrüfatını yoxlamaq və gündəlik olaraq baş energetikə məruzə etmək;
  • Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil etmək;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında baş energetikə bildirmək;
  • Enerji qurğularının təhlükəsiz və davamlı işləməsini təmin etmək;
  • Elektrik keçiricilərinin qısaqapanmanın yaranmaması üçün üstü açıq olmamasına nəzarət etmək və lazımi addımları atmaq;
  • Elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarının təhlükəsiz istismarını təmin etmək, yeraltı qurğuların və kommunikasiyaların qorunmasına diqqət yetirmək;
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra etmək;
  • Elektrik avadanlıqlarının sərfini təhlil edərək qəzalar və onların səbəbləri barədə baş energetikə məlumat vermək;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üçün hazırlıq tədbirlərini həyata keçirmək;
  • Profilaktik təmirlər və texniki yoxlamaların yerinə yetirilməsini təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Sahə üzrə ali təhsil və ya sertifikat;
  • Enerji avadanlıqlarının texniki xüsusiyyətlərini və istismar qaydalarını bilmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək.

Elektrik vakansiyası ilə maraqlananlar CV-lərini MKT İstehsalat Kommersiya-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 15 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow