Paşa Bank vakansiya: AML və Monitorinq üzrə Baş mütəxəssis.

Paşa Bank, AML və monitorinq üzrə baş mütəxəssis axtarır. KYC, ƏL/TMM və müştəri eyniləşdirmə sahəsində bilik və təcrübəyə malik olan namizədlər üçün ideal iş imkanı. Müraciət tarixi: 29 noyabr 2024.

Nov 4, 2024 - 13:14
Nov 4, 2024 - 13:16
 0
Paşa Bank vakansiya: AML və Monitorinq üzrə Baş mütəxəssis.
Paşa Bank vakansiya: AML və Monitorinq üzrə Baş mütəxəssis.

İşin Təsviri:

AML və monitorinq üzrə baş mütəxəssis olaraq, siz aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:

  • Xarici maliyyə institutlarına aid öz-müştərini-tanı (KYC) formalarının doldurulması.
  • ƏL/TMM sahəsində siyasət və prosedurların hazırlanması və inkişaf etdirilməsi.
  • Müvafiq hesabaçma prosesi üzrə monitorinqlərin qurulmasında iştirak.
  • Müxbir bankların illik KYC dəyərləndirmələrinin aparılması.
  • Müxbir banklardan daxil olan sorğuların cavablandırılması.
  • Gündəlik əməliyyatların ƏL/TMM proqram təminatı vasitəsi ilə monitorinq edilməsi.
  • Öz-müştərini-tanı (KYC) proqram təminatının inkişafında iştirak.
  • Bankın müştəri qəbulu və KYC prosedurlarında iştirak etmək, yerli və beynəlxalq qanunvericiliyə uyğun müştəri eyniləşdirməsinin həyata keçirilməsi.
  • Filial və Biznes Mərkəzlərindən daxil olan ƏL/TMM ilə əlaqəli sorğuların cavablandırılması.
  • ƏL/TMM ilə əlaqəli tələblərin bankdaxili kommunikasiyasının təşkil edilməsi.

Tələblər:

Sizdən aşağıdakı tələblərə uyğun olmağınız gözlənilir:

  • Təhsil: İqtisadiyyat sahəsində ali təhsil (bakalavr).
  • İş təcrübəsi: 3-5 il.
  • Sertifikatlar: CAMS, CGSS və s. kimi sertifikatların olması arzuolunandır.
  • Dillər: İngilis dili (səlis), Rus dili (orta).
  • Kompüter bilikləri: Microsoft Office, AML Software bilikləri.

Vakansiya Haqqında:

Son müraciət tarixi: Noyabr 29, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Hüquq

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow