Paşa Bank vakansiya: Baş Şəbəkə Administratoru axtarılır.
Paşa Bank, şəbəkə administratoru vəzifəsinə peşəkar namizədlər axtarır. Bu vakansiya, müasir şəbəkə infrastrukturlarının idarə edilməsi və yeni İT həllərinin tətbiqi ilə bağlı geniş imkanlar təqdim edir.
Vəzifələr
- Məlumat Mərkəzlərində yerləşən şəbəkə infrastruktur komponentlərinin (router, switch, WLC, firewall, load balancer, İP telefoniya və s.) inzibatçılığını və etibarlı işləməsini təmin etmək.
- Yeni İT həllərinin şəbəkə hissəsini planlaşdırmaq, layihələndirmək və həyata keçirmək.
- Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq şəbəkə infrastrukturunun inzibatçılığını həyata keçirmək (patçların və yeniləmələrin quraşdırılması, ehtiyat surətlərin alınması, monitorinqi və s.).
- Dəyişiklik, insident və problem tipli tiketlərin qeydiyyatını və icrasını aparmaq.
- Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək.
- Sistem konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“security hardening”).
- Şəbəkə infrastruktur resurslarının planlaşdırılmasını həyata keçirmək.
- Bankın və müasir standartların tələblərinə uyğun olaraq yeni şəbəkə texnologiyalarının araşdırılması və tətbiqinə dair analizlər aparmaq və tövsiyyələr vermək.
- İşə aid mövcud proses və prosedurların təkmilləşdirilməsi üçün tövsiyyələr vermək.
- Müvafiq hesabatların hazırlanmasını təmin etmək.
- Şəbəkə üzrə müvafiq texniki sənədləşməni aparmaq.
- Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında daim sistemləri inkişaf etdirmək.
Tələblər
- Təhsil: İnformasiya Texnologiyaları, Tətbiqi riyaziyyat və digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi.
- İş təcrübəsi: Şəbəkə inzibatçılığı üzrə 4 il.
- Sertifikatlar: Şəbəkə üzrə sertifikatlar (CCNA, CCNP və s.) arzuolunandır.
- Xarici dillər: İngilis dili (texniki səviyyədə Yaxşı).
- Kompüter bilikləri:
- MS Office
- Şəbəkə avadanlıqlarının administrasiyası üzrə dərin bilik və bacarıqlar (firewall, router, switch, load balancer və s.).
- Şəbəkə protokolları və texnologiyaları haqqında dərin biliklər (DNS, DHCP, AAA, Radius və s.).
Başqa tələblər
- Proses və prosedurlara əməl etmə qabiliyyəti.
- Güclü analitik və problem həll etmək bacarığı.
- Stresə davamlı olmaq.
- Komanda şəklində effektiv işləmə bacarığı.
- Şifahi və yazılı kommunikasiya bacarıqları.
- Biliklərini komanda yoldaşları ilə bölüşmək.
Son tarix
Noyabr 13, 2024
Kateqoriya
Elm, Texnologiya və Mühəndislik
Baş Şəbəkə Administratoru vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 13 noyabr 2024 il.
What's Your Reaction?