Unibank vakansiya: İnformasiya sistemlərinin mühafizəsi üzrə Qrup rəhbəri.
Unibank Kommersiya Bankı, İnformasiya Sistemlərinin Mühafizəsi üzrə Qrup Rəhbəri axtarır. Açar sözlər arasında təhlükəsizlik sistemlərinin düzgün işləməsi, komanda işinin koordinasiyası, risklərin qiymətləndirilməsi və informasiya təhlükəsizliyi prosedurlarının tətbiqi var.
Vəzifə Təsviri
İnformasiya sistemlərinin mühafizəsi üzrə Qrup rəhbəri olaraq, aşağıdakı vəzifələri yerinə yetirmək gözlənilir:
- Next Gen firewall-larının düzgün işləməsini təmin etmək;
- Email təhlükəsizlik sistemlərinin (Email Security Gateway) effektivliyini təmin etmək və təhdidlərin qarşısını almaq;
- PCI DSS standartlarına uyğunluğun təmin edilməsi və audit proseslərində iştirak etmək;
- SIEM həlləri vasitəsilə təhlükəsizlik hadisələrinin monitorinqi və analizin aparılmasında iştirak etmək;
- EDR vasitəsilə son nöqtələrin qorunmasının təşkili və zərərvericilərin aşkar edilməsi;
- İnformasiya təhlükəsizliyi insidentlərinin cavablandırılması və həll edilməsi proseslərinin qurulması;
- İnzidentləri minimal risklə həll etmək və təşkilatın davamlılığını təmin etmək;
- Təcili vəziyyətlərdə komanda üzvlərinin fəaliyyətini koordinasiya etmək və cavab planlarını tətbiq etmək;
- Təşkilat daxilində mövcud və potensial təhlükəsizlik zəifliklərinin analiz edilməsi və risklərin qiymətləndirilməsi prosesində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi komandası üzvlərinin inkişafını təmin etmək, təlimlər və təcrübə mübadiləsi təşviq etmək;
- Təhlükəsizlik siyasət və prosedurlarının tətbiqini idarə etmək və uyğunluq tələb edən bütün normativ sənədləri yerinə yetirmək;
- Komanda işini effektiv planlaşdırmaq və tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin etmək;
- Təhlükəsizlik vəziyyəti haqqında hesabatlar təqdim etmək;
- İnformasiya sistemlərində risklərin vəziyyətini daim izləmək və müntəzəm hesabatlar hazırlamaq.
Tələblər
- İnformasiya təhlükəsizliyi, kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahədə ali təhsil;
- NextGen firewall, Email təhlükəsizlik sistemləri, SIEM və EDR sistemləri üzrə ən azı 4 illik iş təcrübəsi;
- NetGen firewall-larının konfiqurasiyası və idarə edilməsi;
- Email təhlükəsizlik həllərinin tətbiqi və idarə edilməsi (anti-spam, anti-phishing texnologiyaları);
- SIEM həllərinin tətbiqi və təhlükəsizlik hadisələrinin təhlili;
- EDR həlləri ilə endpoint təhlükəsizliyinin təmin edilməsi;
- CISM, CISSP, CEH, SİEM üzrə və ya digər müvafiq təhlükəsizlik sertifikatları üstünlükdür;
- Təhlükəsizlik komandalarının idarə edilməsi və fəaliyyətlərinin təşkilində təcrübə;
- Təhlükəsizlik risklərinin qiymətləndirilməsi və analizi, müntəzəm hesabatların hazırlanması.
Vakansiya Haqqında
Son tarix: Noyabr 13, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Digər
İnformasiya sistemlərinin mühafizəsi üzrə Qrup rəhbəri vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 13 noyabr 2024 il.
What's Your Reaction?