Unibank vakansiya: Hesablaşmalar Şöbəsinin Mütəxəssisi.
Unibank Kommersiya Bankı, Hesablaşmalar Şöbəsinin Mütəxəssisi vakansiyası üçün mütəxəssislər axtarır. İqtisadi sahədə bakalavr təhsili olan, müştəri və bank ödənişlərini icra etmək bacarığına sahib olan şəxslər müraciət edə bilərlər.
Unibank Kommersiya Bankı
Ünvan: 55 Rəşid Behbudov Küçəsi, Bakı, Azərbaycan
İş növü: Tam ştat
Son müraciət tarixi: Noyabr 13, 2024
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Vəzifələr:
- Xarici valyutada SWIFT və digər sistemlər üzrə müştəri və bank ödənişlərinin icrası, qəbulu, yoxlanılması, müxbir bank seçimi və SWIFT-də (proqram təminatı) göndərilməsi.
- Milli və xarici valyutada AZİPS, XÖHKS SWIFT və digər sistemlər üzrə daxil olan müştəri və bank vəsaitlərinin müvafiq balans hesablarında əks olunmasını icra etmək.
- Xarici valyutada olan müxbir hesabların qalıqlarının Bank sistemi ilə çıxarışlarda (MT940/MT950) əks olunan qalıqlarla uyğunlaşdırılması.
- Müxbir banklarla yazışmaların və araşdırmaların aparılması.
- Bankın korporativ aktları ilə müəyyən olunmuş və Departamentin funksiyasına uyğun olan digər vəzifələri icra etmək.
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- İqtisadi sahə üzrə bakalavr ali təhsili.
- Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmə bacarığı (Windows, MS Office (Word, Excel, Outlook), İnternetdə işləmə bacarığı).
- Azərbaycan və Rus dilləri üzrə sərbəst bilik; İngilis dili üzrə “Pre-intermediate” səviyyədə bilik.
- Kollektivlə ünsiyyət qurma bacarığı.
- Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı.
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı.
- Müvafiq sahə üzrə minimum 6 ay təcrübə müddəti (Hami direktorun qərarı ilə bu müddət azaldıla və ya uzadıla bilər).
- Diqqətcil, işgüzar, məsuliyyətlilik, ünsiyyətcil, nizam-intizamlı.
Hesablaşmalar Şöbəsinin Mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 13 noyabr 2024 il.
What's Your Reaction?