Paşa Bank vakansiya: Baş UX-UI Dizayneri.
Paşa Bank, Baş UX-UI Dizayneri vakansiyası ilə təcrübəli mütəxəssisləri axtarır. İstifadəçi təcrübəsi və interfeys dizaynında müstəqil araşdırma, dizayn sistemindən istifadə, komanda dəstəyi və mentorluq bacarığı olan namizədlər üçün ideal fürsət.
İş Təsviri
- Müstəqil Araşdırma Bacarığı: İstifadəçi və müştəri təcrübələrini öyrənmək üçün anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Toplanan məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək.
- İnterfeys Dizaynı: İstifadəçi ehtiyaclarına uyğun flowların, interfeyslərin və prototiplərin hazırlanması. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablonların və elementlərin yaradılmasını əhatə edir.
- Korporativ Kimlik: Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Rənglər, fontlar və digər vizual elementlərlə işləmək.
- Test və Optimallaşdırma: Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq.
- Dizayn Sistemi: PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığı.
- Əlaqə və Koordinasiya: Məhsul, marketinq, IT, hüquq və digər departamentlərlə yaxın işləmək. Effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək.
- Komanda Dəstəyi: İstifadəçi təcrübəsini artırmaq üçün dizayn layihələrdə dəstək vermək.
- İstifadəçi Flowları: İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq.
- Mentorluq və Rəhbərlik: Komandada UX/UI biliklərinin artırılmasında rol oynamaq, məhsulun hazırlanma prosesində mühəndislərlə sıx əlaqədə olmaq, komanda üzvlərinə tövsiyyələr vermək və mentorluq etmək.
- Dizayn Strategiyaları: Dizayn strategiyalarını işləmək və bankın ümumi məqsədlərinə uyğun dizayn hədəflərini müəyyən etmək. Dizayn və məhsul komandalarına rəhbərlik etmək.
Tələblər
- Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 5 ildən artıq təcrübə.
- Agile metodologiyası ilə işin qurulması bilikləri.
- İstifadəçi yönümlü rəqəmsal həllərin, prototiplərin hazırlanması, A/B testlər və istifadəçi testləri keçirmək sahəsində biliklər.
- Figma, Sketch, Adobe Suite kimi alətlərin sərbəst istifadəsi.
- Dizayn kitabxanası ilə iş təcrübəsi.
- Yaradıcılıq, kreativlik və komanda üzvlərini ruhlandırmaq qabiliyyəti.
- Minimal olaraq İngilis dilində "Intermediate" səviyyədə biliklər.
Baş UX-UI Dizayneri vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 oktyabr 2024 il.
What's Your Reaction?