Azərpambıq vakansiya: Bərdə PİEZ filialına mühasib axtarılır.

Bərdə PİEZ filialında mühasib vakansiyası: Tam ştat, 2 ildən az olmayan iş stajı ilə mühasibat uçotu və maliyyə əməliyyatları üzrə təcrübəsi olan şəxslər axtarılır.

Sep 9, 2024 - 12:28
Sep 9, 2024 - 12:32
 0
Azərpambıq vakansiya: Bərdə PİEZ filialına mühasib axtarılır.
Azərpambıq vakansiya: Bərdə PİEZ filialına mühasib axtarılır.

Vəzifələrin Təsviri:

  • Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirmək (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabı, sifarişçilərin-tədarükçülərin hesabı və s.).
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
  • Əvvəlki sənədlərin müvafiq hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək, onları hesabı emala hazırlamaq.
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirmək.
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək.
  • İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarmaq, xəbərdar etmək üçün təkliflər hazırlamaq.
  • Dövlət büdcəsinə ödənişlərin, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqlarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını həyata keçirmək.
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların göstəriciləri əsasında təhlil aparmaq, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərini yerinə yetirmək.
  • Operativ uçotun müxtəlif növləri üzrə iş aparmaq, ilkin sənədlərdə uçotun növündən asılı olaraq nəticələri hesablayıb qeydlər etmək, müvafiq proqram vasitəsilə bazaya daxil edilməsini təşkil etmək.

Tələblər:

  • Qeyd edilən sahə üzrə müvafiq orta ixtisas və ya ali təhsil.
  • 2 ildən az olmayaraq iş stajı.
  • MS Windows, MS Office, 1C, internet və s. biliklər.

Vakansiya haqqında Əlavə Məlumat:

  • Şirkət: Azərpambıq ASK MMC
  • Ünvan: 110 Heydər Əliyev Prospekti, Bərdə, Azərbaycan
  • Vakansiya növü: Tam ştat
  • Son müraciət tarixi: 22 Sentyabr 2024

Bərdə PİEZ filialına mühasib vakansiyası ilə maraqlananlar CV-lərini Azərpambıqa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 22 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow