Unibank vakansiya: Tətbiq təhlükəsizliyi mütəxəssisi axtarılır.
Unibank Kommersiya Bankında Tətbiq Təhlükəsizliyi Mütəxəssisi vakansiyası ilə proqram təminatının təhlükəsizliyini artırın.Müasir təhlükəsizlik həlləri təqdim edərək, karyeranızı inkişaf etdirin.
Vəzifələr:
- Təhlükəsizlik zəifliklərinin müəyyən olunması və aradan qaldırılması üçün həll yollarının təklif edilməsi;
- Proqram təminatının təhlükəsizliyinə nəzarət sənədlərinin işlənib hazırlanması;
- Proqram təminatının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi;
- Tətbiqlərin skan edilməsi və sınaqdan keçirilməsi;
- Təhlükəsizlik zəifliklərini aradan qaldırmaq üçün texniki həllərin layihələndirilməsi.
Tələblər:
- Development və ya security sahəsində minimum 1 illik praktiki təcrübə;
- Kompüter Elmləri üzrə bakalavr dərəcəsi;
- Veb və mobil proqram təhlükəsizliyinin anlayışı;
- Proqramlaşdırma üzrə biliklər (Java, Spring Boot);
- Ümumi təhdidlər və hücumlar haqqında biliklər;
- Kodu nəzərdən keçirərək təhlükəsizlik problemlərini müəyyən etmək bacarığı;
- OWASP Top 10 üzrə biliklər;
- Şəbəkə və veb ilə əlaqəli protokollar (TCP/IP, UDP, HTTP, HTTPS vs.) haqqında əsas anlayışlar;
- SDLC və SAST üzrə biliklər;
- Kriptoqrafiya haqqında anlayış;
- CompTIA Security+, eJPT, eWPT sertifikatlarının olması üstünlükdür;
- Mürəkkəb mövzuları sadə şəkildə ifadə etmək bacarığı (yazılı və şifahi);
- Effektiv ünsiyyət qurma bacarığı;
- Azərbaycan dilində əla, İngilis dilini yaxşı səviyyədə bilməli, Rus dili arzuolunandır.
Unibank Kommersiya Bankı, Tətbiq Təhlükəsizliyi Mütəxəssisi olaraq yeni iş perspektivləri açaraq, təhlükəsizlik zəifliklərini aradan qaldırmaq üçün mütəxəssis axtarır.
Son tarix: Oktyabr 30, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
Tətbiq təhlükəsizliyi mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?