Starex Global vakansiya: Çağrı mərkəzi operatoru ( gürcü dilli)
Çağrı mərkəzi operatoru vakansiyası (gürcü dilli) üçün müştəri xidmətləri sahəsində peşəkar axtarılır. Ali və ya orta ixtisas təhsili, çağrı mərkəzində 1 il təcrübə tələb olunur.
Təsvir:
- Çağrı mərkəzi vasitəsi ilə müştərilərdən daxil olan şifahi müraciətlərin cavablandırılması;
- İlk mərhələdə müraciətlərin yerində araşdırılması və cavablandırılması, təhlili və gündəlik hesabatlardan nəticələrin çıxarılması;
- Müştəri xidmətləri ilə bağlı şikayətlərin ilkin mərhələdə cavablandırılması, araşdırma tələb edildikdə müvafiq şöbəyə yönləndirilməsi;
- Üst rəhbərlik tərəfindən təqdim olunmuş digər öhdəliklərin və ya layihələrin icra edilməsinin təmin edilməsi.
Tələblər:
- Təhsil: Ali və ya Orta ixtisas;
- Çağrı mərkəzində 1 il iş təcrübəsi;
- Azərbaycan dili və Gürcü dili sərbəst şəkildə bilmək;
- Səlis nitq qabiliyyəti;
- Dəyişən prioritetlərə uyğunlaşma bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı;
- İnformasiya sistemləri alətləri ilə işləmək bacarığı;
- İnkişafa meyillilik.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 8, 2024
- Vakansiya növü: Tam ştat
- Əmək haqqı: 450 - 600 AZN
- İmtiyazlar: 3 aylıq sınaq müddəti bitdikdən sonra tibbi sığorta təminatı, nahar təminatı.
https://jobs.glorri.az/vacancies/starexglobal/starexglobal-cagri-merkezi-operatoru-gurcu-dilli/apply müraciyət üçün link.
What's Your Reaction?