Paşa Bank vakansiya: KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis.

ASHA Bank, KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis axtarır. Bu vakansiya, müştərilərə yüksək keyfiyyətli xidmət təqdim etmək məqsədilə bir iş imkanıdır.

Oct 1, 2024 - 12:32
Oct 1, 2024 - 12:35
 0
Paşa Bank vakansiya: KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis.
Paşa Bank vakansiya: KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis.

İşin Təsviri:

PASHA Bank-da KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis vəzifəsi aşağıdakı vəzifələri əhatə edir:

  • Müvafiq proqram təminatında hər növ sənədlərin (daxil olan/göndərilən məktublar, audit sorğuları, tarif məktubları və s.) qeydiyyata alınması və filiallara online və offline göndərilməsi.
  • Kağız daşıyıcıda təqdim olunan məktubların qəbul edilməsi və qeydiyyatının aparılması.
  • Məktubların müvafiq ünvana göndərilməsinin təmin edilməsi.
  • Hər növ arayış və məktubların düzgün işgüzar yazışma qaydalarına uyğun tərtib edilməsi və rəhbərliyə imzalanması üçün təqdim edilməsi.
  • Maliyyə arayışlarının icra olunması, zəruriyyət yarandıqda çap edilməsi və müştəriyə təqdim edilməsi.
  • Rekvizitlərin hazırlanıb təqdim olunması.
  • Daxil olan zənglərin və sorğuların əsasında bankda istifadə olunan proqram təminatı vasitəsilə əməliyyatların icra edilməsi.
  • İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunun təmin edilməsi.
  • Müştəri və müştəriyə aid olan bütün məlumatların məxfiliyinin qorunması məqsədilə, bütün lazımi prosedurların dəqiqliklə icrası.
  • Hər hansı mümkün olan riskli və şübhəli əməliyyatların aşkarlanması və Bankın aidiyyatı struktur bölmələrinə yönəldilməsi.
  • Bankın müştərilərinə göstərdiyi xidmətlər üzrə bütün sənədləşmə işlərinin və hesabatların təmin edilməsi.
  • Fəaliyyətin Bank Xidmət Standartlarına, Xidmət Keyfiyyətinə və Komplayns normalarına uyğunlaşdırılması.
  • Bankın məhsulları və xidmətləri haqqında məlumata və anlayışa malik olması, bu biliklərin vaxtaşırı yenilənməsi.

Tələblər:

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 0-1 il.
  • Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (yüksək), Azərbaycan dili (yüksək səviyyədə).
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word).
  • Məhsul üzrə biliklər: Bazar üzrə biliklər.
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Vakansiya Haqqında:

  • Son tarix: Noyabr 9, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə

KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis  vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow