Paşa Bank vakansiya: Kredit Analitiki (KOS).
PASHA Bankda Kredit Analitiki (KOS) vakansiyası açıldı. Maliyyə və biznes təhlili ilə maraqlanan şəxslər üçün ideal vəzifədir. Əlavə məlumat üçün müraciət edin!
İşiniz nədən ibarətdir?
Kredit Analitiki (KOS) vakansiyası PASHA Bankda maliyyə və biznes təhlilinin aparılması ilə bağlıdır. Bu vəzifə kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilini həyata keçirməkdən ibarətdir. İşinizdə müştərilərlə peşəkar ünsiyyət quraraq onlara maliyyə məsləhətləri verəcək, həmçinin müştəri menecerləri və digər proses iştirakçıları ilə effektiv əməkdaşlıq edəcəksiniz. Kredit risklərinin idarə edilməsi və kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə verilməsi sizin məsuliyyətinizdə olacaq. Siz həmçinin kredit memorandumu və digər ərizə formalarını dolduracaq, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edəcəksiniz. Kredit portfelinin idarə edilməsi və Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək də vəzifələrinizdəndir.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
- 1-3 il iş təcrübəsi
- Yüksək səviyyədə analitik bacarıqlar
- Yaxşı ünsiyyət və danışıq bacarıqları
- Maliyyə təhlili və ya hesabatlılığı üzrə iş təcrübəsi
- Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; Rus dili – arzuolunandır
Kredit Analitiki (KOS) vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 15 oktyabr 2024 il.
What's Your Reaction?