Rabitəbank vakansiya: Məhsul sahibi (Rəqəmsal).
Rabitəbank, Rəqəmsal Məhsul Sahibi vakansiyası üçün müraciət qəbul edir. Prosseslərin avtomatlaşdırılması və rəqəmsallaşma sahəsində karyera imkanı! Ətraflı məlumat və müraciət üçün elanımıza baxın.
Vəzifə Öhdəlikləri:
- Məhsulun ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək;
- İstifadəçiləri müşahidə etmək, araşdırmaq, təhlil etmək və onlarla əlaqə yaratmaq;
- İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
- Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
- Yeni təkliflər hazırlamaq;
- Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək;
- Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
- Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
- Qəbul testlərini tərtib etmək;
- Tələbləri açıq şəkildə komandaya izah etmək;
- Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesini sürətləndirmək;
- Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak etmək;
- Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirmək;
- Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
- Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və dizayner komandalarına rəhbərlik etmək;
- İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək.
Tələblər:
- Bank işi və digər müvafiq layihə işi üzrə minimum 4 il təcrübə və bank işi barədə dərin bilik;
- Tələblərin toplanması, informatika, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə;
- Proqram təminatının hazırlanması prosesi barədə biliklər;
- “Agile” metodologiyaları üzrə təcrübə arzu olunandır;
- Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlar;
- Komandada və fərdi şəkildə işləmək bacarığı;
- Güclü təhlil və riyazi bacarıqlar;
- Strateji və taktiki düşüncə qabiliyyəti;
- İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyəti;
- Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq.
Məhsul sahibi (Rəqəmsal) vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.
What's Your Reaction?