PAŞA Property Management vakansiya: SƏTƏMM nəzarətçisi axtarılır.
PAŞA Property Management şirkətində SƏTƏMM Nəzarətçisi vəzifəsinə müraciət etmək üçün əla imkan.
Vəzifələr
- İş yerinin sağlamlıq, təhlükəsizlik və ətraf mühit qaydalarına, standartlara və şirkət siyasətinə uyğun olmasını təmin etmək.
- Müntəzəm risk qiymətləndirmələri aparmaq, potensial təhlükələri müəyyənləşdirmək, nəzarət tədbirləri tətbiq etmək və iş yerində riskləri azaltmaq.
- Bütün növ qəzaları, sovuşan hadisələri araşdırmaq, kök səbəbləri müəyyənləşdirmək və gələcəkdə belə hadisələrin qarşısını almaq üçün tövsiyələr vermək.
- İşçilərin texniki təhlükəsizlik və ətraf mühit mövzularında məlumatlılığını artırmaq üçün təlimlər təşkil etmək və keçirmək.
- İş yerinin, avadanlıqların və proseslərin təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək üçün mütəmadi təhlükəsizlik yoxlamaları, auditlər və qiymətləndirmələr aparmaq.
- SƏTƏMM üzrə prosedurları və iş təlimatları hazırlamaq və mütəmadi olaraq nəzərdən keçirmək.
- Təxliyyə planları hazırlanması və mütəmadi olaraq nəzərdən keçirilməsi, təlimlərin keçirilməsi və işçi qüvvəsinin yanğınlar, kimyəvi sızmalar və təxliyələr kimi təcili hallara hazır olmasını təmin etmək.
- İcra edilən inspeksiyaları, auditləri, hadisə araşdırmalarının nəticələrinin, düzəldici tədbirlər haqqında qeydləri sistem üzərində mütəmadi olaraq yeniləmək.
- Təhlükəsizlik performansı ilə bağlı rəhbərə hesabat vermək, tələb olunan hesabatları təqdim etmək və şirkətin SƏTƏMM mədəniyyətini inkişaf etdirmək üçün təkmilləşdirmələr təklif etmək.
- Təhlükəsizlik performansını, problemləri və təkmilləşdirmələri müzakirə etmək üçün müvafiq maraqlı tərəflərlə müntəzəm SƏTƏMM üzrə görüşləri təşkil etmək.
- SƏTƏMM qaydalarına önəmin nümayişi məqsədi ilə sahəyə ziyarətlərini digər tərəflərlə koordinasiya etmək və təşkil etmək.
- SƏTƏMM mədəniyyətini təbliğ etmək və sağlamlıq və təhlükəsizliyin ortaq məsuliyyət olduğu bir mühit formalaşdırılmasında dəstək olmaq.
Tələblər
- NEBOSH və ya ekvivalent sertifikat.
- ISO 45001 və ISO 14001 Baş Auditor sertifikatları (üstünlükdür).
- Yerli təhlükəsizlik qanunları və qaydaları, eləcə də beynəlxalq SƏTƏMM standartları üzrə yüksək səviyyədə biliklər.
- Güclü şifahi və yazılı ünsiyyət bacarıqları. İşçiləri SƏTƏMM mövzularında təlim keçmək bacarığı.
- Potensial təhlükələri müəyyən etmək, hadisələri araşdırmaq və effektiv düzəldici tədbirləri müəyyən etmək üçün analitik düşünmə bacarığı.
- Kompyuterdə, Microsoft Office Paketi (Word, Excel, PowerPoint) və digər müvafiq təhlükəsizlik idarəetmə proqramlarında işləmə bacarığı.
- İngilis dili - Səlis.
Vakansiya haqqında
- Son tarix: Oktyabr 30, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Digər
SƏTƏMM nəzarətçisi vakansiyası ilə maraqlananlar CV-lərini PAŞA Property Managementa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 okyabr 2024 il.
What's Your Reaction?