Rabitəbank vakansiya: İşə qəbul və qiymətləndirmə üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssis.
“Rabitəbank” ASC-də İşə Qəbul və Qiymətləndirmə üzrə Aparıcı Mütəxəssis/Baş Mütəxəssis vakansiyası. Ən iri banklardan birində karyera qurmaq, şəxsi inkişaf və innovativ mühitdə çalışmaq üçün müraciət edin.
Vəzifə Öhdəlikləri:
- Bankda vakant iş yerlərinin doldurulmasını təmin etmək.
- İşçi ehtiyaclarını müəyyən edərək, namizədlərin rezerv bazasını formalaşdırmaq və onu mütəmadi olaraq yeniləmək.
- Yeni işçilərin adaptasiya prosesini koordinasiya etmək və sınaq müddətlərini izləmək.
- Namizədlərin cəlb edilməsi üçün tədbirlər həyata keçirmək (kadr yarmarkalarında iştirak, gənc namizədlər üçün layihələr təşkil etmək, ali təhsil müəssisələri ilə aktiv əməkdaşlıq etmək, vakant yerlərin elanlarını hazırlayıb yerləşdirmək).
- Bankın İşə qəbul qaydalarına müvafiq namizədləri seçmək, onları testlərə və müsahibələrə dəvət etmək, müsahibələri təşkil etmək.
- İşə qəbul zamanı istifadə edilən testlərin mütəmadi yenilənməsini təmin etmək.
Tələblər:
- Ali təhsil (İnsan resurslarının idarə edilməsi, hüquq, psixologiya üzrə arzuolunandır).
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi.
- Analitik düşüncə və qarşıya qoyulan məqsədlərə çatmaq qabiliyyəti.
- Liderlik və idarəetmə bacarığı.
- Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti.
- Təşəbbüskarlıq, yaradıcılıq və innovasiyalara meyillilik.
- Azərbaycan dilini səlis, ingilis və/və ya rus dillərini yüksək səviyyədə bilmək.
- MS Word, Excel, PowerPoint və digər proqramlarla işləmə bacarığı.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 16, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
https://jobs.glorri.az/vacancies/rabitabank/rabitabank-ise-qebul-ve-qiymetlendirme-uzre-aparici-mutexessisbas-mutexessis/apply müraciyət üçün link.
What's Your Reaction?