PMD Group vakansiya: Baş Memar axtarılır.
PMD Group MMC, Bakı şəhərində Baş Memar vakansiyası üçün müraciətləri qəbul edir. Memarlıq sahəsində 7 illik iş təcrübəsi olan, komanda işinə uyğunlaşan mütəxəssislər axtarılır.
Vəzifələr
Baş Memar olaraq aşağıdakı vəzifələri yerinə yetirməlisiniz:
- Layihələrin ilkin mərhələlərində detallı axtarış aparmaq və sahə analizləri həyata keçirmək.
- Layihələndirmə məlumatlarını qəbul edib analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək.
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluq baxımından yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək.
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyi, şəhərsalma və tikintiyə dair normativ sənədlər və beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək.
- İlkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək.
- Komanda üzvü olaraq fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək.
- Layihələndirmə müddətlərini müəyyən etmək və iş qrafikinin uyğunluğunu yoxlamaq.
- Tender prosesinə texniki dəstək vermək və spesifikasiyaları yoxlayaraq müvafiq texniki rəy vermək.
- Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən təsdiq edilməsini təmin etmək.
- İstehsalatın sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.
- Layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər irəlilətmək.
- Layihə sənədlərinin hazırlanması, saxlanılması və təsdiqi proseslərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini təmin etmək.
Tələblər
- Ali təhsil (memarlıq ixtisası üzrə).
- Müvafiq sahə üzrə azı 7 il iş təcrübəsi (tikinti və ofis).
- Tikinti normativ sənədləri haqqında biliklər: AzDTN, SNİP, BS, EN, ASHRAE, SMACNA, NFPA, BIM.
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı.
- Kompüter bilikləri: MS Office, AutoCAD, Revit.
- Yüksək ünsiyyət bacarığı və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Son tarix
Müraciət üçün son tarix: 29 Noyabr 2024.
What's Your Reaction?