SOCAR Dovnstream Management vakansiya: Öyrənmə və İnkişaf üzrə mütəxəssis.
Öyrənmə və İnkişaf üzrə mütəxəssis vakansiyası. Şirkət öyrənmə ehtiyaclarının təhlilini və işçilərin inkişafını təmin edir. Ali təhsil və 2 il iş təcrübəsi tələb olunur.
Vəzifə öhdəlikləri:
- İcbari təlim matrisinin hazırlanmasını, yenilənməsini və izlənilməsini təmin etmək;
- İllik təlim planına uyğun olaraq təlimlərin cədvəlini hazırlamaq;
- Təlimləri təşkil etmək (iştirakçıları dəvət etmək, davamiyyətə nəzarət etmək, təlim effektivliyini ölçmək, məkanı, ehtiyac olduqda çay və nahar fasiləsini təşkil etmək, təlim materialları hazırlamaq və s.);
- Təlim, ixtisasartırma, yenidən hazırlanma, peşə hazırlığı və sertifikasiya proqramları ilə bağlı modeli hazırlamaq, təşkil və tətbiq edilməsi prosesini təmin etmək;
- Daxili təlimçilərin hazırlanması və təlim proseslərinə cəlb olunması məqsədilə struktur vahidlərinin rəhbərləri ilə danışıqlar aparılmasını təşkil etmək;
- Əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimləri təşkil etmək;
- Kənar vendorların seçilməsi məqsədilə Satınalma komandasına dəstək olmaq;
- İllik təlim büdcəsinin formalaşdırlması ilə bağlı müvafiq tapşırıqları icra etmək;
- Təlim xərclərinin illik təlim büdcəsi çərçivəsində aparılmasını təşkil etmək;
- Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
- Şirkətdə mövcud rəqəmsal platformalarından istifadə etmək;
- Həftəlik/aylıq olaraq görülmüş işlər barədə hesabat vermək.
Tələblər:
- Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yaxşı səviyyədə ingilis dili biliyi;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Kommunikasiya və təqdimat bacarıqları;
- Güclü analitika və problem həll etmə bacarığı.
Əlavə tələblər:
- İcbari təlimlərinin təşkilində təcrübənin olması;
- İcbari təlimlər üzrə matrisin hazırlanmasında təcrübənin olması;
- Aşağıda qeyd edilmiş sertifikatların olması üstünlükdür:
- TOT
- Instructional Design
- SHRM
Müraciət Şərtləri:
Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.
Başlanma tarixi: 16.10.2024
Son müraciət tarixi: 31.10.2024
Təcrübə: 1-3 il
Təhsil: Bakalavr
İxtisas: İnsan Resursları
Proqram və kompüter bilikləri: MS Word / MS Excel / MS Power Point
Ünvan: SOCAR Dovnstream Management (Bakı)
What's Your Reaction?