Bank Respublika vakansiya: PL/TMM və Komplayens departamentinin kiçik mütəxəssis və mütəxəssisi.
PL/TMM və Komplayens departamentinin kiçik mütəxəssisi vakansiyası üçün müraciət edin! Bank Respublika ASC-də KYC prosedurlarının tətbiqi, müştəri profilləri və maliyyə monitorinqi sahələrində çalışmaq imkanı. Ali təhsil, bank təcrübəsi və dil bilikləri tələblərinə uyğun gələn namizədlər dəvət olunur.
İş Təsviri
- Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiqinə nəzarət etmək.
- PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq edilməsi.
- Maliyyə Monitorinq Xidmətinə gündəlik hesabatların hazırlanması.
- PL/TMM və Komplayens departamentinin fəaliyyəti ilə bağlı filiallara və digər bankdaxili strukturlara sorğuların göndərilməsi.
- Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM və Komplayens departamentinə daxil olan sorğuların araşdırılması və cavablandırılması.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə).
- Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi (əməliyyat sahəsi üçün ən azı 6 aylıq iş təcrübəsi arzuolunandır).
- Dil bilikləri: Azərbaycan dili - əla, rus və ingilis dilləri - orta səviyyədə.
- Kompüter bilikləri: Microsoft Office Word, Excel - orta səviyyədə (Microsoft Power BI arzuolunandır).
- Öyrənmə bacarığı, yazılı və şifahi ünsiyyət qurma bacarığı.
- Məsuliyyətlilik.
Son müraciət tarixi: Noyabr 7, 2024
What's Your Reaction?