Şam-Fi International Trading vakansiya: Baş Mühasib axtarılır.

Sham-Fi International Trading şirkəti baş mühasib vakansiyası təqdim edir. Mühasibat uçotu, beynəlxalq maliyyə standartları (IFRS), vergi öhdəlikləri və pul axını idarə edilməsi var.

Sep 12, 2024 - 11:37
Sep 12, 2024 - 11:42
 0
Şam-Fi International Trading vakansiya: Baş Mühasib axtarılır.
Şam-Fi Interntional Trading vakansiya: Baş Mühasib axtarılır.

Vəzifələr:

  • Şirkətin balans hesabatı, mənfəət və zərər hesabatı, pul axını hesabatlarının mütəmadi hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Beynəlxalq maliyyə standartlarına (IFRS) uyğun hesabatların təmin edilməsi;
  • Vergi öhdəliklərinin vaxtında və düzgün icra edilməsi;
  • Dövlət orqanları ilə əlaqələrin qurulması və vergi hesabatlarının hazırlanması;
  • Şirkətin mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasına rəhbərlik edilməsi;
  • Mədaxil, məxaric orderləri, hesabat blankları və digər rəsmi sənədlərin hazırlanması və nəzarət edilməsi;
  • Pul axınlarının idarə edilməsi, gəlir və xərclərin optimallaşdırılması, maliyyə dayanıqlığının təmin edilməsi;
  • Bank əməliyyatlarının və ödənişlərin vaxtında həyata keçirilməsi;
  • Maliyyə məlumatlarının təhlili və şirkətin maliyyə vəziyyətinin təkmilləşdirilməsi üzrə işlərin görülməsi;
  • Mühasibatlıq üzrə işçilərin iş keyfiyyətinə nəzarət və fəaliyyətlərinin qiymətləndirilməsi.

Tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq üzrə);
  • PMS sertifikatı mütləqdir;
  • Satış sahəsində 3 ildən 5 ilədək iş təcrübəsi;
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının qanununa əsasən mühasibat uçotunun təşkili və aparılması bilikləri;
  • Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi bacarığı;
  • Vergi Məcəlləsi və müvafiq normativ-hüquqi sənədlər üzrə biliklər;
  • MS Office proqramlarından (xüsusilə Excel) peşəkar istifadə bacarığı, mühasibatlıq proqramları üstünlükdür;
  • Məntiqi və analitik düşüncə tərzi;
  • Yüksək səviyyədə idarəetmə bacarıqları.

Baş Mühasib vakansiyası ilə maraqlananlar CV-lərini Şam-Fi International Tradinga göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 17 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow