Sleepy Azərbaycan vakansiya: Korporativ Satış üzre mütəxəssis.
Korporativ satış üzrə mütəxəssis axtarılır! 25-35 yaş arası xanım namizədlər, 5 illik təcrübə ilə müraciət edə bilərlər. Yüksək maaş və rəsmi əmək müqaviləsi imkanı. Detalları öyrənmək üçün elanımıza baxın!
İş barədə məlumat: Korporativ satış üzrə mütəxəssis aşağıdakı vəzifələri icra edəcək:
- Korporativ satış sahəsində bazar araşdırması aparmaq, rəqiblər və bazar haqqında aylıq hesabatlar hazırlamaq və buna uyğun satış strategiyalarını tətbiq etmək.
- Pərakəndə satış şəbəkələri ilə danışıqlar aparmaq, qiymət təklifləri vermək və promo aksiyalar üçün təkliflər hazırlamaq.
- Yeni korporativ müştərilər cəlb etmək və mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək.
- Mövcud müştərilərlə mail yazışmalarını aparmaq və müştəri sorğularını cavablandırmaq.
- Aylıq iş planına uyğun müştəri ziyarətləri həyata keçirmək və satış hədəflərinə nail olmaq.
- Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq.
- Hər ayın sonunda satış planının icrası ilə bağlı hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək.
- İş qrafiki: I-V günləri, 09:00-dan 18:00-dək.
- Rəsmi əmək müqaviləsi, korporativ nömrə ilə təminat.
- Əmək haqqı: 1200-1500 AZN.
Namizədə tələblər:
- 25-35 yaş arası xanım namizədlərə üstünlük verilir.
- Ali təhsil və satış sahəsində müvafiq sertifikatların olması arzuolunandır.
- Rus və ingilis dillərində sərbəst danışıq və yazışma bacarığı.
- Korporativ müştərilərlə iş sahəsində minimum 5 il iş təcrübəsi.
- MS Word, Excel, Power Point və Outlook proqramlarında sərbəst işləmək bacarığı.
- Yüksək ünsiyyətqurma və danışıqlar aparma qabiliyyəti.
- Dəqiqlik və detallara diqqət.
- Komandada işləmə bacarığı, çeviklik, məsuliyyətlilik və şirkətə qarşı loyallıq.
Müraciət: Uyğun namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini mövzu yerinə "Korporativ satış üzrə mütəxəssis" yazmaqla info@sleepy.az e-poçt ünvanına göndərsinlər.
What's Your Reaction?