Atəşgah Sığorta vakansiya: Analitika və biznes proseslərinə nəzarət üzrə mütəxəssis.

Atəşgah Sığorta Şirkəti, analitika və biznes proseslərinə nəzarət üzrə mütəxəssis axtarır. Biznes analitika, müştəri məmnuniyyəti və yeni sığorta məhsullarının inkişafında iştirak etmək üçün müraciət edin. İqtisadiyyat, maliyyə və menecment sahələrində bakalavr dərəcəsi olan şəxslər üçün ideal fürsət.

Oct 22, 2024 - 14:21
Oct 22, 2024 - 14:23
 0
Atəşgah Sığorta vakansiya: Analitika və biznes proseslərinə nəzarət üzrə mütəxəssis.
Atəşgah Sığorta vakansiya: Analitika və biznes proseslərinə nəzarət üzrə mütəxəssis.

Təsvir

  • Biznes-proseslər üzrə xəritələr (flow-charts) tərtib etmək;
  • Biznes-proseslərə daxil olan əməliyyatları təsvir etmək (əməliyyatların məzmunu, yerinə yetirilmə vaxtı, əməliyyatların ardıcıllığı);
  • Biznes-proseslərdə problemləri və onların səbəblərini aşkar etmək;
  • Biznes-proseslərin dəyişdirilmiş xəritələrini tərtib etmək;
  • Köhnə biznes-prosesdən yeni biznes-prosesə keçid qaydalarını tərtib etmək;
  • Biznes-proseslər üzrə reqlamentlər və təlimatlar hazırlamaq;
  • Müştəri məmnuniyyəti üzrə sorğu formalarının tərtib edilməsi;
  • Müştərilər tərəfindən daxil olan rəylərin qiymətləndirilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
  • Yeni sığorta məhsullarının və sığorta proqramlarının işlənib hazırlanması və tətbiq edilməsi;
  • Sığorta məhsullarının təqdimatına dair planın hazırlanması və həyata keçirilməsi;
  • Yeni layihələr/sığorta məhsulları üzrə aidiyyatı şəxslərdən məlumatların toplanması və biznes tələblərinin tərtib edilməsi.

Tələblər

  • İş təcrübəsi: Biznes analitika üzrə 1 il iş təcrübəsi;
  • Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment sahələri üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (sərbəst);
  • Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyini anlamaq, sığorta məhsullarını bilmək, biznes analitika üzrə sertifikasiyalar;
  • Kompüter bilikləri: MS Office (əla);
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, problem həlletmə, məlumatı toplamaq və təhlil etmək bacarığı.

İş Şərtləri

  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir).

Son tarix: Noyabr 30, 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow