TƏBİB vakansiya: Direktorun inzibati məsələlər üzrə müavini.

Direktorun inzibati məsələlər üzrə müavini vakansiyası üçün axtarılan namizəd yüksək təşkilatçılıq, idarəetmə bacarıqlarına malik olmalı, əlaqədar sahədə 7 il təcrübəyə və ali təhsilə sahib olmalıdır.

Sep 14, 2024 - 14:39
Sep 14, 2024 - 14:43
 0
TƏBİB vakansiya: Direktorun inzibati məsələlər üzrə müavini.
TƏBİB vakansiya: Direktorun inzibati məsələlər üzrə müavini.

İş Yeri:

  • Bərdə Rayon Mərkəzi Xəstəxanası
  • Xocalı Rayon Mərkəzi Xəstəxanası
  • Şuşa Rayon Mərkəzi Xəstəxanası
  • Zəngilan Rayon Mərkəzi Xəstəxanası
  • Goranboy Rayon Mərkəzi Xəstəxanası
  • Göyçay Rayon Mərkəzi Xəstəxanası
  • Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası
  • Qubadlı Rayon Mərkəzi Xəstəxanası
  • Naftalan Şəhər Mərkəzi Xəstəxanası
  • Ağsu Rayon Mərkəzi Xəstəxanası
  • İsmayıllı Rayon Mərkəzi Xəstəxanası
  • Masallı Rayon Mərkəzi Xəstəxanası
  • Bakı üzrə tabeli müəssisələr

Əmək haqqı:
Əmək haqqı, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • İdarəetmə, iqtisadiyyat, hüquq, maliyyə və ya əlaqədar sahələrdə ali təhsil (magistr dərəcəsi olan namizədlərə üstünlük veriləcək)
  • 7 il iş təcrübəsi (2 il rəhbərlik təcrübəsi olmaqla)
  • Yüksək təşkilatçılıq və idarəetmə bacarıqları
  • Yaxşı kommunikasiya və münaqişə həlli bacarıqları
  • Microsoft Office proqramlarında sərbəst iş bacarığı
  • Əmək qanunvericiliyinin əsaslarını bilmə
  • Tibb müəssisəsinin iqtisadi və maliyyə fəaliyyətini bilmək

İşin Təsviri:

  • Tibb müəssisəsinin gəlirlərinin artırılması və hədəflərin reallaşdırılması üçün tədbirlər görmək
  • Mühasibat, maliyyə nəzarəti, insan resurslarının idarə edilməsi, xəstələrin qəbulu və digər inzibati funksiyaları həyata keçirmək
  • Tibb müəssisəsinin direktorunun göstərişlərinə uyğun sənədləri təhlil etmək
  • Tibb müəssisəsinin işçiləri və struktur bölmələrinə nəzarət etmək
  • Təkmilləşdirici təkliflər vermək və fəaliyyətin təkmilləşdirilməsinə dair tədbirlər görmək

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Diplomun surəti
  • CV

İş Qrafiki:

  • Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş saatları: 09:00 – 18:00

Müraciət Qaydaları: Namizədlər sənədlərini [email protected] elektron poçtuna göndərməlidir. Mövzu hissəsində müraciət edilən vəzifənin adı və iş yeri qeyd edilməlidir. CV-lər 02 oktyabr 2024-cü il tarixinə qədər qəbul olunur.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow