Azərsun Holding vakansiya: Brend Menecer axtarılır.
Brend menecer vakansiyası Bakı şəhərində, Sun Food MMC tərəfindən təqdim edilir. Marketinq üzrə ali təhsil və FMCG sektorunda 5-7 illik iş təcrübəsi tələb olunur.
Vakansiya üzrə tələblər:
- Marketinq sahəsi üzrə ali təhsil;
- FMCG sektoru üzrə təcrübə üstünlükdür, lakin ən azı 5-7 illik iş təcrübəsi tələb olunur;
- Rus və ingilis dillərini yüksək səviyyədə bilmə bacarığı;
- MS Office proqramlarını bilmə;
- Marketinq sahəsi ilə əlaqədar sertifikatlar üstünlükdür;
- Rəqib markaların və kateqoriyaların inkişaf trendlərini izləmə bacarığı;
- İqtisadi vəziyyətə görə analizetmə və daxili bazara təsir edə biləcək təhlillər aparma qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- İllik satış və marketinq büdcələrinin hazırlanmasında iştirak etmək;
- Hədəf qruplarını araşdırmaq, onların satınalma davranışlarını izləmək və yeni istehlakçılar üçün təkliflər hazırlamaq;
- Bazar payı və satış kanallarında davamlı araşdırmalar aparmaq;
- Yeni məhsul konseptləri hazırlamaq və istehlakçı sınaqlarını həyata keçirmək;
- Məhsulun qablaşdırılması, reklam və promosyonların hazırlanmasını təmin etmək.
İş Qrafiki: Həftə içi 5 gün.
İş Yeri: Bakı şəhəri, Sun Food MMC.
Son müraciət tarixi: 13 oktyabr 2024-cü il.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərə və ya hr.azersun.com-da qeydiyyatdan keçərək müraciət edə bilərlər.
What's Your Reaction?