Xalq Sığorta vakansiya: Telesatış üzrə kiçik mütəxəssis.

Bakı şəhərində Telesatış üzrə kiçik mütəxəssis vakansiyası! Pərakəndə satış və müştəri xidmətləri sahəsində təcrübəli şəxslər üçün mükəmməl iş imkanı.

Sep 14, 2024 - 14:45
Sep 14, 2024 - 14:46
 0
Xalq Sığorta vakansiya: Telesatış üzrə kiçik mütəxəssis.
Xalq Sığorta vakansiya: Telesatış üzrə kiçik mütəxəssis.

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili - əla; Rus dili - əla, İngilis dili - arzuolunandır.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Səlis nitq, fikri aydın izah etmə bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli və problem həll etmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müştərilər ilə bağlantı yaradaraq sığorta məhsulu satışının həyata keçirilməsi;
  • Müştəri istəklərini təhlil edərək sığorta məhsulları üzrə təkliflərin hazırlanması;
  • Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim etdiyi təkliflərlə tanış edilməsi;
  • Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
  • Təqdim olunan bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zəng edilməsi;
  • Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
  • Rəhbərliyin tapşırığına əsasən yerinə yetirilmiş işlər barəsində müxtəlif hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri;
  • İmtiyazlar: Tibbi sığorta;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini mövzu sətrində “Telesatış üzrə kiçik mütəxəssis” qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow