Unibank vakansiya: Müştərilərlə əlaqələr şöbəsinin (Call center) könüllüsü.
Unibank Kommersiya Bankı, müştərilərlə əlaqələr şöbəsinə (Call Center) könüllü axtarır. Ali təhsilli, müştəri yönümlü, Azərbaycan və Rus dillərində sərbəst danışan namizədlər müraciət edə bilər. Şansınızı qaçırmayın!
Təsvir
Proqram 3 ay davam edir. İşin əsas vəzifələri aşağıdakılardır:
- Müştərilərin istəyinə uyğun olaraq onların istiqamətləndirilməsi;
- Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
- Zənqlərin vaxtında və müvafiq standartlara uyğun cavablandırılması;
- Rus dilində çatda yazışmaların aparılması;
- Növbəli iş qrafiki.
Tələblər
- Ali təhsil;
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq və yazmaq bacarığı;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştəri yönümlülük;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Son tarix
Müraciət üçün son tarix: Noyabr 27, 2024
What's Your Reaction?