Unibank vakansiya: Kiçik hüquqşünas/Hüquqşünas/Aparıcı hüquqşünas.
Unibank Kommersiya Bankı hüquqşünas vəzifəsi üçün vakansiya elan edir. Hüquqi dəstək, müqavilə hazırlığı və hüquqi məsələlərin həlli üzrə iş imkanı.
Vəzifə: Kiçik Hüquqşünas / Hüquqşünas / Aparıcı Hüquqşünas
Şirkət: Unibank Kommersiya Bankı
Ünvan: 55 Rashid Behbudov St, Bakı, Azərbaycan
Ştat: Tam ştat
Müraciət Son Tarixi: Sentyabr 19, 2024
Vəzifə Təsviri:
- Bank tərəfindən hazırlanan yeni məhsullara hüquqi dəstək göstərilməsi.
- Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması, müqavilə layihələrinə Bankın hüquq və mənafelərinə uyğunluğun təmin edilməsi, qanunvericiliyə riayət olunması baxımından əlavə və dəyişikliklərin edilməsi.
- Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələrə yardım edilməsi, hüquqi rəylərin verilməsi.
- Struktur bölmələrin fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həll edilməsi.
- Rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Hüquq sahəsində ali təhsil.
- Korporativ hüquq sahəsində müvafiq iş stajı (kiçik hüquqşünas vəzifəsi üçün iş stajı tələb olunmur).
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilmək.
- Mülki, bank və əmək qanunvericiliyini bilmək.
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi və onların bağlanması üzrə təcrübə.
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilmək.
- İngilis dilini yüksək səviyyədə bilmək.
- Yüksək qavrama və öyrənmə qabiliyyəti.
- Yaradıcı yanaşma, yeni ideyalara malik olmaq və onları stimullaşdıra bilmək bacarığı.
Kiçik hüquqşünas/Hüquqşünas/Aparıcı hüquqşünas vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 sentyabr 2024 il.
What's Your Reaction?