Xalq Bank vakansiya: Daxili Audit İdarəsinin İnformasiya texnologiyaları auditi şöbəsinin auditoru.

Xalq Bankı, Daxili Audit İdarəsinin İnformasiya texnologiyaları auditi şöbəsinə auditor axtarır. İT auditini həyata keçirmək, informasiya sistemlərində daxili nəzarət sistemini qiymətləndirmək və riskləri müəyyən etmək üçün müvafiq təcrübəyə malik namizədlər dəvət olunur.

Sep 24, 2024 - 12:45
Sep 24, 2024 - 12:48
 0
Xalq Bank vakansiya: Daxili Audit İdarəsinin İnformasiya texnologiyaları auditi şöbəsinin auditoru.
Xalq Bank vakansiya: Daxili Audit İdarəsinin İnformasiya texnologiyaları auditi şöbəsinin auditoru.

Vəzifə Təsviri

  • İllik audit planına əsasən Bankın funksional İT struktur bölmələrinin auditini aparmaq.
  • Bank üzrə informasiya sistemlərində və avtomatlaşdırılmış əməliyyat proseslərində daxili nəzarət sisteminin effektivliyinin, adekvatlığının yoxlanılmasını və qiymətləndirilməsini təmin etmək.
  • İnformasiya texnologiyaları sahəsində mövcud olan riskləri müəyyən etmək və həlli ilə bağlı müvafiq tövsiyələr vermək.
  • Bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasında iştirak etmək.
  • İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Tələblər

  • Ali magistr təhsili.
  • Müvafiq sahə üzrə minimum 1 il, və ya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi (kiber təhlükəsizlik) sahəsində minimum 2 il təcrübə.
  • Azərbaycan dili mükəmməl, İngilis dilini isə orta səviyyədə bilmək zəruridir.
  • Müvafiq sahə üzrə mövcud olan çərçivələr və standartlar (ITIL, COBIT, ISO 27001, PCI DSS, NIST və s.) haqqında biliklərə malik olan namizədlərə üstünlük veriləcəkdir.
  • İnformasiya sistemlərinin idarə olunması üzrə iş təcrübəsi.
  • İnformasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları haqqında biliklərin olması.
  • İT və təhlükəsizlik prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları və uyğunluq tələbləri haqqında biliklər.
  • Müxtəlif maraqlı tərəflərlə səmərəli qarşılıqlı əlaqə yaratmaq üçün həm yazılı, həm də şifahi olmaqla güclü ünsiyyət bacarıqlarının olması.
  • Analitik təfəkkür, təhlil və risklərin müəyyən edilməsi bacarığı.
  • Hesabatların tərtib edilməsi üzrə bilik və bacarıqlar.

Vakansiya Haqqında

  • Son tarix: Oktyabr 23, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Daxili Audit İdarəsinin İnformasiya texnologiyaları auditi şöbəsinin auditoru vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 23 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow