Unibank vakansiya: Senior Java Developer axtarılır.
Unibank Kommersiya Bankında Senior Java Developer vakansiyası üçün müraciət edin. Proqramlaşdırma sahəsində ən az 5 il iş təcrübəsi olan mütəxəssisləri axtarırıq. Java, Spring, Microservices və CI/CD bilikləri ilə ön planda olan mütəxəssisləri komandamıza dəvət edirik.
Təsvir
Senior Java Developer olaraq aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:
- Arxitektura və dizayn qərarlarının verilməsi;
- Code review və komandanın yüksək keyfiyyətli kod təqdim etdiyinə əmin olmaq;
- Davamlı öyrənmə və proqramlaşdırma biliklərini inkişaf etdirərək digər mühəndislərə mentorluq etmək;
- Məhsul sahibləri, dizaynerlər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək yeni xüsusiyyətləri müəyyən etmək və prioritetləşdirmək;
- Yüksək performanslı və təhlükəsiz Java backend xidmətlərini inkişaf etdirmək;
- Performans, genişlənmə və etibarlılıq üçün tətbiqi optimallaşdırmaq (Modernization);
- Təhlükəsiz və ölçülə bilən sistemlər təqdim etmək;
- Kəsinti zamanlarını öncədən təyin etmək;
- Çarpaz funksiyalarla əməkdaşlıq etmək və mövcud problemləri həll etmək üçün texnologiyaya əsaslanan yanaşma ilə qərar qəbulunda iştirak etmək;
- Texniki problemlər və qərarlarla bağlı maraqlı tərəflərlə səmərəli ünsiyyət qurmaq;
- Səhvsiz proqram təminatının çatdırılmasını təmin etmək üçün QA komandası ilə sıx əməkdaşlıq etmək;
- Agile sessiyalarda iştirak etmək.
Tələblər
Bu vakansiya üçün aşağıdakı tələblərə uyğun gəlməlisiniz:
- Proqramlaşdırma sahəsində ən az 5 il iş təcrübəsi;
- OOP prinsiplərini dərindən bilməli;
- Java proqramlaşdırma dili üzrə dərin biliklər;
- Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər;
- ORM (Hibernate) bilikləri;
- GIT ilə işləmə bacarığı;
- Microservice arxitekturası və REST API serverlər haqqında biliklər;
- Microservice design pattern-ların real tətbiqi ilə bağlı təcrübə;
- NoSQL verilənlər bazası ilə iş təcrübəsi (Mongo DB, Cassandra, Redis);
- SQL verilənlər bazası (Oracle, Postgresql) bilikləri;
- Kafka və ya digər mesajlaşma platforması ilə təcrübə;
- CI/CD, Kubernetes, Docker, API Gateway bilikləri;
- Unit Testing, Mock serverlərlə iş təcrübəsi (Hoverfly);
- Performans və inteqrasiya testləri üzrə biliklər;
- Software və Sistem dizayn üzrə biliklər;
- Clean code prinsiplərini bilməli;
- Code review yanaşmalarının tətbiqi ilə bağlı təcrübə;
- Axtarış platformalarında iş təcrübəsi arzuolunandır (Apache Solr);
- Agile bilikləri arzuolunandır;
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
- Komanda ilə işləmə bacarığı.
Vakansiya haqqında
- Son tarix: Oktyabr 23, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
What's Your Reaction?