Yelobank vakansiya: Senior Data Analyst axtarılır.
Yelo Bank ASC, Senior Data Analyst vakansiyası üçün müasir data analitika sahəsində təcrübəli namizədləri axtarır. Müştəri yönümlü təkliflərin hazırlanması, biznes halları yaradılması və kampaniyaların qiymətləndirilməsi sahəsində bacarıqlarınızla komandamıza qatılın.
Təsvir
- Gənc və potensiallı data analitiklərdən ibarət komandanın idarə olunması və inkişaf etdirilməsi.
- Şirkətin məhsul və xidmət portfelinin data analitika əsasında optimallaşdırılması məqsədilə gəlirli və müştəri yönümlü təkliflərin hazırlanması.
- Biznes halları hazırlamaqla layihələrin və proqramların həyata keçirilməsini əsaslandırmaq; bu halların fayda, xərc və risk analizi funksiyasını daşıması.
- Abunəçilərin saxlanılması, əldə olunan gəlir, istifadə və göstəricilər baxımından kampaniyaların rentabelliyinin (ROI) izlənilməsi və müvafiq hesabatların hazırlanması.
- CVM/CLM platformasının yenidən qurulması üzrə biznes tapşırıqlarının verilməsi və idarə olunması.
- Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, müsbət dəyişikliklərin tətbiqinə dair rəyin verilməsi.
- Müştəri istifadəsinin stimullaşdırılması, artan və çarpaz satış, eləcə də saxlama kampaniyalarının icrası.
Tələblər
- İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və ya digər əlaqəli sahələrdə Ali təhsil.
- Bank, Telco, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə minimum 3 illik iş təcrübəsi; CRM, CLM, Seqment Sahəsi, Məlumatların təhlili və proqnozlaşdırma sahəsində biliklər.
- Azərbaycan və İngilis dillərində yüksək səviyyədə bilik.
- Yüksək Excel bilikləri; SQL kodlaşdırma dilləri üzrə bacarıqlar.
- Stata, R, Python və digər statistik alətlər üzrə əsas biliklər.
- Liderlik, təhlil, problem həlletmə, ünsiyyət və koordinasiya bacarıqları; komandada işləmək bacarığı.
Vakansiya haqqında
Son tarix: Noyabr 30, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Elektron poçtunuzun “mövzu” yerinə “Senior Data Analyst” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 30 noyabr 2024 il.
What's Your Reaction?