U&R Company vakansiya: Mühasib axtarılır.
Mühasib vakansiyası üzrə U&R Company-də karyera fürsəti. 1C və Excel biliklərinizdən istifadə edərək, maliyyə hesabatlarını hazırlayın və mühasibat əməliyyatlarını icra edin. Vakansiya haqqında ətraflı məlumat üçün müraciət edin!
Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotu üzrə bağlı əməliyyatların icrası;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə hazırlanması və təqdim edilməsi;
- Aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
- E-qaimələrin vaxtında və düzgün təqdim olunması;
- Hesab fakturaların hazırlanması;
- Bank və kassa əməliyyatlarının icrası;
- 1C proqram təminatında əməliyyatların aparılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində);
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
- 1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində mükəmməl, rus dilində yaxşı səviyyədə bilik;
- Vergi və Mülki Məcəllələr üzrə dərin biliklər.
Vakansiya haqqında:
- İş növü: Tam ştat
- Əmək haqqı: 600 - 800 AZN
- Ən son müraciət tarixi: 2 Noyabr 2024
Mühasib vakansiyası ilə maraqlananlar CV-lərini U&R Company-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 noyabr 2024 il.
What's Your Reaction?