Rabitəbank vakansiya: Rəqəmsal marketinq üzrə Baş mütəxəssis.
Kreativ düşüncə və analitik bacarıqlarınızı “Rabitəbank” ASC-də inkişaf etdirmək fürsətini qaçırmayın!
Vəzifə öhdəlikləri:
- SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyalarının idarə edilməsi;
- Düzgün hədəf auditoriyalarının təyin olunması və optimallaşdırılması;
- Google Analytics, Tag Manager, Data Studio, Microsoft Clarity kimi analitik vasitələrlə işləmək;
- A/B testlərinin aparılması və nəticələrin təhlili;
- Lead-generation məqsədli optimizasiyalar etmək;
- Bankın saytının admin-panelində tələb olunan dəyişiklikləri həyata keçirmək;
- Rəqiblərin analizi və əsas açar sözlər əsasında SEO strategiyasının qurulması;
- Rəqəmsal işlər üzrə dashboardlar yaratmaq;
- Veb sayt və mobil tətbiqlərin statistik göstəricilərinin təkmilləşdirilməsi;
- Reklam vizuallarının hazırlanmasında dizayn qrupları ilə əməkdaşlıq;
- Rəqəmsal marketinq tendensiyalarını izləmək və tətbiq etmək.
Tələblər:
- Ali təhsil (Biznes, Marketinq, İqtisadiyyat üzrə);
- Rəqəmsal marketinq sahəsində minimum 2 il təcrübə (Bank sahəsində təcrübə üstünlükdür);
- Sosial media kampaniyaları üçün kreativ təkliflər irəli sürmək bacarığı;
- Sosial media platformalarında (Facebook, Instagram, TikTok, Google) sərbəst iş təcrübəsi;
- MS Word, Excel, PowerPoint və digər proqramlarda işləmək bacarığı;
- Məqsədlərə çatmaq qabiliyyəti və təşəbbüskarlıq;
- Öyrənməyə və şəxsi inkişafa maraq.
Rəqəmsal marketinq üzrə Baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciət tarixi: Noyabr 2, 2024
What's Your Reaction?