Veysəloğlu Şirkətlər Qrupu vakansiya: Hüquq şöbə rəhbəri axtarılır.
Veysəloğlu Şirkətlər Qrupu hüquq şöbə rəhbəri vəzifəsinə peşəkar işçi axtarır. Mülki hüquq, əmək hüququ və digər hüquqi sahələrdə təcrübənizi genişləndirmək üçün dinamik iş təklifi!
Vəzifə öhdəlikləri:
- Hüquq şöbəsinin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək.
- Şirkətin biznes fəaliyyətinin hüquqi təminatının və qanunvericiliyə uyğunluğunun təmin edilməsi.
- Mülki, maliyyə, vergi, əmək və digər qanunvericilik sahələrinin təhlili və tətbiqinə nəzarət etmək.
- Müqavilə layihələrinin tərtibi və ekspertizasına nəzarət etmək.
- Şirkətin daxili normativ sənədlərinin qanunvericiliyə uyğunluğunu təmin etmək.
- Dövlət qurumları və digər hüquqi şəxslərlə münasibətləri təşkil etmək.
- Məhkəmə və icraat işlərinə nəzarət etmək və şirkətin maraqlarını qorumaq.
Ümumi tələblər:
- Hüquq sahəsində ali təhsil (LLM dərəcəsi üstünlükdür).
- Hüquq strukturunda ən azı 5 il iş təcrübəsi (rəhbər vəzifədə ən azı 2 il).
- Azərbaycan, ingilis, rus, türk dillərində hüquqi sənədlərlə işləmək bacarığı.
- Mülki hüquq, əmək hüququ, vergi hüququ və digər əlaqəli sahələrdə bilik.
- Liderlik və komanda ilə işləmək bacarığı, problemləri həll etmək bacarığı.
Vakansiya ilə maraqlananlar CV-lərini “Hüquq Şöbə Rəhbəri” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.
Son tarix 19 sentyabr 2024 il.
What's Your Reaction?