VİP Xidmətlər Qrupu vakansiya: Təlim üzrə koordinator axtarılır.

"VİP Xidmətlər Qrupu" MMC, Heydər Əliyev Beynəlxalq Hava Limanında Təlim üzrə Koordinator axtarır. Ali təhsilli, minimum 1 il iş təcrübəsi olan, azərbaycan, rus və ingilis dillərində biliyi olan namizədlər dəvət olunur.

Sep 25, 2024 - 12:48
Sep 25, 2024 - 12:50
 0
VİP Xidmətlər Qrupu vakansiya: Təlim üzrə koordinator axtarılır.
VİP Xidmətlər Qrupu vakansiya: Təlim üzrə koordinator axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Təlim ehtiyaclarını müəyyən etmək;
  • İllik xarici və daxili təlim planlarını hazırlamaq, təlimlərin təşkilini həyata keçirmək və nəzarət etmək;
  • Fərdi təlim planlarını hazırlamaq;
  • Təlim keçirilən işçilərin hazırlıq səviyyəsinə, keçirilən təlimlərin keyfiyyətinə və müntəzəmliyinə nəzarət etmək;
  • Sınaq müddətini bitirən namizədlərin ixtisas biliklərinin qiymətləndirilməsi prosesini təşkil etmək;
  • Hər 6 aydan bir işçilərin xarici dil biliklərinin yoxlanılması prosesini həyata keçirmək və rəhbərliyə məlumat vermək;
  • Təlimlərin, təlimatçıların və təlim prosesinin təşkilinin sorğular vasitəsilə qiymətləndirilməsini həyata keçirmək;
  • Təlimlər bitdikdən sonra (3-6 ay müddətində) təlimlərin effektivliyinin qiymətləndirilməsini həyata keçirmək;
  • Təlimlərin, sertifikatların və imtahanların qeydiyyat reyestrini vaxtaşırı olaraq yeniləmək;
  • Aylıq olaraq təlim üzrə görülmüş işlər barədə hesabat tərtib etmək və rəhbərliyə təqdim etmək;
  • Təlim prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək.

Əmək Şəraiti:

  • Əmək haqqı: 850 AZN (gross);
  • 5 günlük (09:00-18:00) iş rejimi;
  • Nahar və nəqliyyat təmin edilir;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi minimum 1 il;
  • MS Office proqramlarında işləyə bilmək;
  • Dil bilikləri: azərbaycan, rus dili və ingilis dili (B1/B2 səviyyəsi);
  • Punktuallıq;
  • Təşkilatçılıq bacarığı;
  • İşgüzar ünsiyyət;
  • Komandada işləmə bacarığı.

Vakansiya Haqqında:

  • Son tarix: Oktyabr 17, 2024
  • Vakansiya növü: Tam ştat
  • Əmək haqqı: 850 AZN
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar:

  • Nəqliyyat xidməti
  • Nahar təminatı
  • Peşəkar inkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar

Təlim üzrə koordinator vakansiyası ilə maraqlananlar CV-lərini VİP Xidmətlər Qrupu-na göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 17 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow