Azərbaycan Dəmir Yolları vakansiya: Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (Biləcəri qəsəbəsi üzrə).
Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru axtarılır. Biləcəri qəsəbəsi üzrə Azərbaycan Dəmir Yollarında elektrik maşın və aparatlarının montajı, təmiri və quraşdırılması ilə məşğul olacaq işçi tələb olunur. Elektromontyor olmaq üçün vakansiyaya müraciət edin.
Vəzifələr:
- Gərginliyi 10 kV-a qədər olan elektrik maşın və aparatlarını sökmək, yığmaq, qurmaq və mərkəzləşdirmək.
- Elektrik aparatları və elektrik cihazları altında qrup lövhələrini və metalkonstruksiyaları hazırlamaq və quraşdırmaq.
- Lüminessensiyalı işıqlandırmanın mürəkkəb olmayan sxemlərini montaj və təmir etmək.
- Gərginliyi 10 kV-a qədər olan kabelləri açmaq, hazırlamaq, fazalamaq və çəkmək.
- Diyircəkli yastıqları dəyişdirmək.
- Partlayış təhlükəsinə qarşı armaturu təmir etmək, sazlamaq və qurmaq.
- Güc və işıqlandırıcı elektrik xətlərini çertyoj üzrə ölçmək.
- Elektrik xətlərinin çəkilməsi üçün dayaqları möhkəmləndirmək.
- İzolə sinfinə aid 10 kV-a qədər olan yağ və ölçü, soba və qaynaq transformatorlarını tam təmir etmək.
- Elektrik cihazları, elektromaqnit və elektrodinamik sistemlərin sökülməsi, təmiri, yağlanması və təmizlənməsi işlərini aparmaq.
- Daha yüksək ixtisaslı elektrik quraşdırıcısının rəhbərliyi altında mürəkkəb çilingər-yağlama işlərini yerinə yetirmək.
- Gərginliyi 2500 V-dan yuxarı olan transformator sarğılarını, daxil olan və çıxan kabelləri yoxlamaq və müqavimətini ölçmək.
- Hündürlüyü 9 m-dən yuxarı olan dayaqları dəyişdirmək və qurmaq, həmçinin də onları izolyatorlarla təchiz etmək.
- Açıq və qapalı məkanda iş şəraitində çalışmaq.
- Gündəlik iş rejimində fəaliyyət göstərmək.
Tələblər:
- Təhsil: Müvafiq sahə üzrə peşə təhsili.
- Biliklər: Elektrotexnikanın əsasları, müxtəlif elektrik materiallarının növləri, onların xüsusiyyətləri və təyinatı, işəsalıcı, tənzimləyici və nəzarətedicilərin quruluşu və təyinatına dair biliklər.
- Təcrübə: Meqometrlə izolyasiya sınağının qayda və normalarına dair biliklər, calaq və qaynaq edilməsi üsulları barədə məlumatlar.
- İxtisas: Elektrik maşını, aparat və cihazların qəbulu, təmiri və quraşdırılması qayda və üsullarına dair dərin biliklər.
Vakansiya Haqqında Əlavə Məlumatlar:
- Son müraciət tarixi: Dekabr 11, 2024.
- Vakansiya növü: Tam ştat.
- Kateqoriya: Logistika və Nəqliyyat.
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (Biləcəri qəsəbəsi üzrə)" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 11 dekabr 2024.
What's Your Reaction?