Xalq Bank vakansiya: Hüquq İdarəsinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinin aparıcı mütəxəssisi.
Xalq Bank Hüquq İdarəsinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinə aparıcı mütəxəssis axtarır. Ali hüquq təhsili və maliyyə hüququ sahəsində 3 il iş təcrübəsi tələb olunur. Müraciət üçün son tarix: Noyabr 24, 2024.
Vəzifələr:
- Kredit, depozit, bank hesabı müqavilələrinin, habelə fiziki və hüquqi şəxslərin kreditləşməsi üzrə hüquqi rəylərin hazırlanması.
- Təminedici əqdlər (ipoteka, girov, zaminlik, bank qarantiyaları) üzrə hüquqi rəylərin və müqavilə layihələrinin hazırlanması.
- Müştəri tərəfindən təqdim edilən sənədlərin hüquqi ekspertizasının aparılması.
- Bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizasının keçirilməsi.
- Maliyyə bazarlarında bankın fəaliyyətinin hüquqi təminatı.
- Mürəkkəb əqdlərin strukturlaşdırılmasında iştirak edilməsi və hüquqi məsələlər üzrə rəylərin hazırlanması.
- Yeni bank məhsullarının işlənib hazırlanmasında iştirak.
- Dövlət və ictimai təşkilatlar qarşısında Bankı təmsil etmək.
- Bankdaxili normativ sənədlərin hazırlanması, hüquqi yardımın göstərilməsi.
- Qanunvericilikdə baş verən dəyişikliklərin izlənməsi.
- Hüquqi işin yerinə yetirilməsi üzrə rəhbərlik.
- Korporativ-hüquqi məsələlər üzrə hüquqi rəylərin hazırlanması.
Tələblər:
- Ali hüquq təhsili.
- Maliyyə təşkilatlarının hüquqi təminatı sahəsində ən azı 3 il iş təcrübəsi (banklarda iş təcrübəsi olanlara üstünlük).
- Azərbaycan Respublikasının qanunvericiliyini bilməsi.
- Mülki, bank, mülki-prosessual, əmək və inzibati hüququn, vergi hüququnun əsaslarını bilməsi.
- Kargüzarlıq işinin əsaslarını bilməsi.
- Mülki-hüquqi əqdlərin tərtibi üzrə təcrübə.
- Kompüterdə təcrübəli istifadəçi səviyyəsində işləmək bacarığı.
- Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili bilənlərə üstünlük).
Son tarix: Noyabr 24, 2024
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?