LANDAU School vakansiya: Xaricdə təhsil departamenti üzrə məsləhətçi.
Xaricdə təhsil departamenti üzrə məsləhətçi vakansiyası! Leznik&Co. şirkətində müştəri xidmətləri sahəsində çalışmaq, xaricdə təhsil imkanları haqqında məlumat vermək və universitetlərlə əlaqələri genişləndirmək üçün müraciət edin.
Vəzifələr:
- Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət).
- Tələbələrin universitetlərə və yataqxanalara müraciətlərini və sənədləşmə proseslərini həyata keçirmək.
- Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək.
- Xaricdə təhsil xidmətləri ilə bağlı müştəri müraciətlərini qəbul etmək və onlara konsultasiya xidmətləri göstərmək.
- Xarici universitetlərlə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək.
- Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək.
- Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumatlar vermək.
- Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq.
- Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.
Tələblər:
- Ali təhsil.
- Azərbaycan və ya Rus dilindən birini, həmçinin ingilis dilini sərbəst bilmək və qrammatik düzgün yazının olması.
- Bu sahədə təcrübə – mütləqdir.
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil.
- Satış bacarığı.
- Sorğuların operativ cavablandırılması qabiliyyəti.
- Kompüter bilikləri: MS Office proqramları.
- Təşkilatçılıq qabiliyyəti.
- Zamanın idarə olunması.
Təqdim etdiyimiz iş şərtləri:
- Leznik&Co. ofisində individual iş yeri.
- Stabil, gecikməyən əmək haqqı.
- Mütəmadi təlimlər.
- İş qrafiki: 6 günlük iş rejimi (I - V günlər 10:00 - 18:00 aralığında, şənbə günləri isə 9:00 - 14:00).
- Əmək haqqı razılaşdırma ilə təyin edilir.
Son tarix: Noyabr 29, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?