Rabitəbank vakansiya: Rəqəmsal risklərin idarə edilməsi şöbəsinin rəisi.
“Rabitəbank” ASC Rəqəmsal Risklərin İdarə Edilməsi şöbəsinə şöbə rəisi axtarır. Ali təhsil, 3 il iş təcrübəsi, problemləri həll etmə bacarığı və xarici dil bilikləri tələb olunur. Müraciət üçün son tarix: 10 dekabr 2024.
Vəzifə öhdəlikləri:
- Bankın rəqəmsal fəaliyyətlərindən yaranan potensial riskləri təhlil etmək və qiymətləndirmək.
- Rəqəmsal risklərin idarə edilməsi üçün strategiyalar və prosedurlar hazırlamaq.
- Bankın məlumatlarının təhlükəsizliyini təmin etmək və məlumat sızıntılarının qarşısını almaq.
- Rəqəmsal əməliyyatların qanun və tənzimləmələrə uyğunluğunu təmin etmək.
- Uyğunluq tələblərinə riayət edilməsini izləmək və hesabatların hazırlanmasına nəzarət etmək.
- Rəqəmsal əməliyyatların monitorinqini aparmaq.
- Risklərin təhlili üçün məlumatların toplanması və analizi prosesinə nəzarət etmək.
- Rəqəmsal risklərlə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Öz vəzifələrinin icrası ilə yanaşı, strukturun fəaliyyətinə aid digər vəzifələri yerinə yetirmək.
Tələblər:
- Ali təhsil və müvafiq sahədə (elektron bankçılıq, onlayn kreditləşmə, rəqəmsallaşma, avtomatlaşdırma, data analitika, mobil tətbiq, internet bankçılığı, kart əməliyyatları və s.) ən azı 3 il iş təcrübəsi.
- Xarici dil bilikləri (İngilis dili və Rus dili) üstünlük sayılır.
- Problemləri həll etmə bacarığı.
- Məlumatların təhlili bacarığı.
- Məsuliyyətli, təşəbbüskar olmaq, analitik bacarıqlar və araşdırma qabiliyyəti.
Vakansiya haqqında:
- Son tarix: Dekabr 10, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?