Yelobank vakansiya: Alternativ kanallar ilə satış departamenti / Məlumat mərkəzi.
Yelo Bank ASC, Alternativ Kanallar ilə Satış Departamenti və Məlumat Mərkəzi üçün vakansiya elan edir. Müştəri xidmətləri sahəsində çalışmaq istəyənlər üçün əla fürsət! Sərbəst danışıq qabiliyyəti, Microsoft Office bilikləri və 6 ay iş təcrübəsi arzuolunur.
Vəzifə öhdəlikləri:
- Müştərilərin müraciətlərinin qeydiyyatını aparmaq və onları aidiyyəti üzrə yönləndirmək;
- Sosial şəbəkələrdən gələn sorğulara cavab vermək;
- Müştərilərə xidmətlər, tariflər, prosedurlar və aksiyalar barədə ətraflı məlumat vermək;
- Bankın məhsul və xidmətləri, tariflər və kampaniyaları haqqında məlumatlı olmaq;
Tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramlarında istifadəçi səviyyəsində biliklər;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı;
- Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır;
- Məsuliyyətlilik və inkişaf meyilliliyi.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirilməsi və karyera inkişafı üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Əlavə məlumat:
- Son müraciət tarixi: 11 yanvar 2025
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
- Şəhər: Bakı, Azərbaycan
Elektron poçtunuzun “mövzu” yerinə “Alternativ kanallar ilə satış departamenti / Məlumat mərkəzi” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 11 yanvar 2025 il.
What's Your Reaction?