Yelobank vakansiya: Kredit portfelinin analitikası üzrə Kiçik Mütəxəssis/Mütəxəssis.
Yelo Bank ASC "Kredit portfelinin analitikası üzrə Kiçik Mütəxəssis/Mütəxəssis" vakansiyasını elan edir. İqtisadi və maliyyə sahəsində təhsili olanlar üçün analitik düşünmə, kredit portfeli üzrə təhlillər, hesabatların hazırlanması və məlumatların təhlili üzrə geniş imkanlar təqdim olunur.
Vəzifənin Təsviri:
- Kredit portfeli üzrə analitik təhlillər, hesabatların hazırlanması və müxtəlif data mənbələrinin təyin edilməsi.
- Statistik təhlillər aparmaq.
- Kredit portfeli üzrə statistik məlumatların hazırlanması, emalı və analiz olunması əsas tələblərdəndir.
Tələblər:
- Ali təhsil (iqtisadi və ya maliyyə sahəsi üzrə üstünlük verilir).
- Kreditləşmə üzrə iş təcrübəsi arzuolunandır.
- Statistik analiz bilikləri və analitik düşüncə qabiliyyəti vacibdir.
- Komandada işləmək və yüksək kommunikasiya bacarıqları.
- Təşəbbüskarlıq, yeniliklərə açıq olmaq və detallara diqqət yetirmək bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi arzuolunandır.
- “SQL” proqramı üzrə sərbəst işləmək, “PHYTON”, “SPSS” üzrə biliklər arzuolunandır.
Təkliflərimiz:
- Bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti.
- Performansın illik qiymətləndirilməsi və gələcək karyeranızın inkişafı üçün geniş imkanlar.
- Könüllü tibbi sığorta proqramına qoşulma imkanı.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv ilə işləmək şansı.
Elektron poçtunuzun “mövzu” yerinə “Kredit portfelinin analitikası üzrə Kiçik Mütəxəssis/Mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 29 oktyabr 2024 il.
What's Your Reaction?