Yelobank vakansiya: Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi (Gəncə filialı).
Yelo Bank ASC, Gəncə filialında Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi vakansiyasını elan edir. Mikro kreditlər üzrə iş təcrübəsi olan namizədlər axtarılır.
Tələblər
- Mikro kreditlər üzrə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil (iqtisadi, maliyyə sahəsi üzrə təhsil arzuolunandır);
- Analitik düşünmə və təhlil bacarığı;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər;
- Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- MS Office proqramları bilikləri.
Biz Sizə nə təklif edirik
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sığorta proqramına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Vakansiya haqqında
Son tarix: Noyabr 19, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Elektron poçtunuzun “mövzu” yerinə “Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi (Gəncə filialı)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 19 noyabr 2024 il.
What's Your Reaction?