Yelobank vakansiya: Mikro biznes müştəriləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis (Bakı filialları).
Yelo Bank ASC, Bakı filiallarında mikro biznes müştəriləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis vakansiyasını elan edir. Biznes müraciətlərinin təhlili, kredit məhsullarının təqdimatı və müştəri şəbəkəsinin genişləndirilməsi sahəsində iş imkanları axtarırsınızsa, müraciət edin!
Təsvir
Mikro biznes müştəriləri üzrə təcrübəçi/mütəxəssis və ya kiçik mütəxəssis vəzifəsinə müraciət edənlər aşağıdakı vəzifələri yerinə yetirəcəklər:
- Biznes müraciətlərinin təhlil olunması;
- Bankın kredit məhsullarının şərtlərinin təqdim olunması;
- Təhkim olunmuş kredit portfelinin idarə edilməsi;
- Biznes görüşlərinin təşkil olunması;
- Müştəri şəbəkəsinin genişləndirilməsi;
- Potensial müştərilərin cəlb edilməsi.
Tələblər
- Ali təhsil;
- Bank sahəsində minimum 1 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq və satış bacarığı;
- Riyazi biliklər;
- Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Vakansiya haqqında
- Son tarix: Noyabr 5, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Elektron poçtunuzun “mövzu” yerinə “Mikro biznes müştəriləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis (Bakı filialları)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 5 noyabr 2024 il.
What's Your Reaction?