AccessBank vakansiya: Müştərilərə Dəstək Mütəxəssisi axtarılır.
Müştərilərə dəstək mütəxəssisi vakansiyası AccessBank-da müştəri məmnuniyyətini artırmaq məqsədini güdür. Müştərilərə bank məhsulları və xidmətləri haqqında məlumat vermək, onların müraciətlərini qəbul etmək üçün bu iş imkanını qaçırmayın!
Vəzifələr:
- Filialda müştəri axınının idarə edilməsi (qarşılama, cavablandırma və s.);
- Müştərilərə bank məhsul və xidmətləri üzrə ilkin məlumatın verilməsi;
- Cash-in terminalları və ATM-lər üzrə müştəri dəstəyi;
- Müştəri müraciətləri və şikayətlərinin ilkin qəbulu.
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
- Ünsiyyət qurma və izah etmə qabiliyyəti;
- MS Office proqramları üzrə biliklər;
- Məsuliyyətlilik, düzgünlük və detallara qarşı diqqətlilik;
- Təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Son tarix:
Müraciət üçün son tarix 14 oktyabr 2024-dür.
İş yeri:
Tbilisi prospekti, Bakı, Azərbaycan.
Kateqoriya:
Maliyyə, Biznes və idarəetmə.
Müştərilərə Dəstək Mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini AccessBanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 14 oktyabr 2024 il.
What's Your Reaction?